• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü onlayn şəkildə qeyd olunub


Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Məclisinin 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Bu əlamətdar tarix Azərbaycanda da geniş qeyd olunur. Azərbaycanda əhalinin təxminən 30 faizini uşaqlar təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə gənclərin təxminən 95 faizi təhsil alır.

Bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyevin vaxtilə bu sahəyə ayırdığı diqqət, uşaq və yeniyetmələrin sağlam, bilikli və hərtərəfli böyümələri yönündə həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün də uğurla davam etdirilir. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi üçün məqsədyönlü işlər görülür. Ölkə başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə 2009-cu ilin "Uşaq ili” elan edilməsi bu sahəyə olan diqqətin əyani göstəricisidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın öz fəaliyyətində daim uşaqların xoşbəxt böyüməsini prioritet məsələ kimi saxlaması gələcəyimiz olan uşaqlara göstərilən qayğının bariz nümunəsidir. Məhz bu qayğı sayəsində ölkəmizdə uşaqların gözəl şəraitdə böyümələri üçün bütün imkanlardan istifadə edilir.Saysız-hesabsız müasir standartlara cavab verən çoxsaylı məktəblər, körpələr evi-uşaq bağçaları inşa olunur.

Qazaxda hər il olduğu kimi, bu il də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bağça kollektivləri ölkəmizdə hökm sürən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq balaca fidanları onlayn şəkildə təbrik edib, səmimi arzularını çatdırıblar.

Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Gülnar Qocayeva, tərbiyəçilər Arzu Hacıyeva, Aynurə Əliyeva, 4 saylı körpələr evi-uşaq bağçasının müdiri Aynurə Abbasova, tərbiyəçilər Elnarə Paşayeva, Təhminə Pirverdiyeva, 5 saylı körpələr evi-uşaq bağçasının müdiri Elnarə Məmmədli, tərbiyəçi Solmaz Həsənova uşaqları əlamətdar gün münasibətilə təbrik edərək onların parlaq gələcəyi naminə daha gözəl günlər yaşamalarını arzulayıblar. Ölkə başçısının, Birinci vitse-prezidentin uşaqlara olan qayğılarını hər zaman hiss etdiklərini bildiriblər. Bugünkü onlayn təbriki həmin qayğının və diqqətin əyani sübutu kimi qiymətləndiriblər.

Bayramlarını onlayn şəkildə qeyd edən 1 saylı körpələr evi-uşaq bağçasının fidanlarından Narın Sadiqi, Ayla Məhərrəmli, Casu Məhərrəmli, Zəhra Abdulzadə, Cahid Nuri, Cavid Nuri, 4 saylı körpələr evi-uşaq bağçasından Aliyə Pənahlı, Nurfazə Əliyeva, Nabad Əliyeva, Humay Həsənzadə, 5 saylı körpələr evi-uşaq bağçasının uşaqlarından Nailə Hüseynli, Nuray Quluyeva, Nilay Sadıqzadə, Rəfayıl Məmmədov bir-birindən gözəl şeirlər söyləyib, mahnılar oxuyublar. Həmyaşıdlarını təbrik edərək 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü əsl bayram əhval-ruhiyəsi ilə qeyd ediblər.

Şəhər 1 saylı körpələr evi-uşaq bağçası







 Şəhər 4 saylı körpələr evi-uşaq bağçası





 Şəhər 5 saylı körpələr evi-uşaq bağçası




 

GOYEZEN.AZ



Facebook-da paylaş