• Təqvim

  • Maraq



Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bağçalarda qeyd olunub

 

1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı”nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Respublikamızın hər yerində olduğu kimi Qazaxda da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş şəkildə qeyd olunub. Bu münasibətlə rayonda fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarında bayram şənlikləri keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri bayram şənliklərində iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpələri təbrik edib, ən xoş arzularını çatdırıblar. Həmişə uşaqlara diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin siyasətinin Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı göstərildiyini, respublikamızda saysız-hesabsız məktəb binalarının, uşaq bağçalarının tikilib uşaqların istifadəsinə verilməsini dövlət tərəfindən göstərilən qayğının əyani təzahürü kimi qiymətləndiriblər.

Son 3 ildə Qazaxda rayon rəhbərliyi tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan söz açaraq rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından artıq 18-nin tam müasir səviyyəyə çatdırıldığını qeyd ediblər. Bu gün 20 yerlik Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurmadan və əsaslı təmirdən sonra körpə fidanların istifadəsinə verilməsini 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar üçün ən böyük hədiyyə olduğunu bildiriblər.

Bayram tədbirlərində valideynlər, müəllimlər, tərbiyəçilər rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şəraitin yaradılmasına görə ölkə başçısı İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Şənliklərdə uşaqlar Vətənə, xalqa, anaya, məktəbə, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər. Onların çıxışları alqışlarla qarşılanıb. Sonda uşaqlara bayram süfrəsi açılıb, xatirə şəkilləri çəkilib.

1 saylı körpələr evi-uşaq bağçası












3 saylı körpələr evi-uşaq bağçası





 

6 saylı körpələr evi-uşaq bağçası







 

GOYEZEN.AZ



Facebook-da paylaş