İcra başçısı Suvarma Sistemləri İdarəsinin rəisini təqaüdə çıxması münasibətilə təltif edib
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Suvarma Sistemləri İdarəsinin rəisi
Göyüşov Abbas Cahandar oğlunu təqaüdə çıxması münasibətilə təbrik edərək Fəxri
Fərmanla təltif edib. 50 ildən çox dövlətə, dövlətçiliyə layiqincə
xidmət göstərən A.Göyüşova səmimi təbriklərini çatdıran icra başçısı onun fəaliyyəti
dövründə öz işinə hər zaman məsuliyyətlə yanaşdığını, doğma el-obası, rayonu
üçün daim can yandırdığını bildirib. Abbas
Göyüşov çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ona
göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Bundan
sonra da rayonun ictimai, siyasi, mədəni, kütləvi tədbirlərində yaxından
iştirak edəcəyini, gənc kadrların onun iş təcrübəsindən yararlanmaları üçün
əlindən gələni əsirgəməyəcəyini qeyd edib. GOYEZEN.AZ
Facebook-da paylaş