• Təqvim

  • Maraq



Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub

Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır.

Kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Əkin sahələrinin vaxtında suvarılması üçün Suvarma Sistemləri İdarəsi ilə yanaşı, Sudan İstifadə Birliklərinin (SİB) də öhdəsinə böyük işlər düşür. Kəndlini suvarma suyu ilə təmin etmək bilavasitə onların üzərinə düşür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün rayonda, xüsusilə də Aşağı Salahlı kəndində suvarma suyunda olan mövcud vəziyyət, eləcə də SİB-lərin fəaliyyəti ilə bağlı yaranmış vəziyyəti öyrənmək üçün geniş tərkibdə iclas keçirib.

İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda Suvarma Sistemləri İdarəsinin işçiləri, rayonda fəaliyyət göstərən SİB-lər, Aşağı Salahlı kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, bu gün əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Kəndlinin torpağa qayıdışının nəticəsidir ki, bu gün kənd təsərrüfatının bütün sahələrində uğurlu göstəricilər əldə edilir. Bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırılması, xüsusilə də cari ilin məhsulu üçün rayonda 12629 hektarda taxıl, o cümlədən 9102 hektarda buğda, 3527 min hektarda arpa əkilməsi bu inkişafın bariz nümunəsidir. İqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar.

İcra Başçısı bildirib ki, bu inkişafın təməlində əhalinin, əkin sahələri olan sadə kəndlinin suvarma suyu ilə düzgün və vaxtında təmin edilməsi dayanır. Vətəndaşa kənd təsərrüfatının inkişafı üçün göstərdiyi böyük səyə görə onlara da yüksək xidmət göstərilməlidir. Bu baxımdan SİB-lərin üzərinə böyük güc düşür və onlar bu işin öhdəsindən layiqincə gəlməyi bacarmalıdırlar.

Sonra rayon rəhbəri kənddə suvarma suyunda olan mövcud vəziyyəti və SİB-lərin fəaliyyəti ilə maraqlanıb.

Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov rayonda suvarma suyunun mövcud vəziyyəti ilə bağlı məlumat verərək bildirib ki, bu gün kəndlərdə suvarma suyu ilə bağlı heç bir problem yoxdur. Lazım olan texnikalar və avadanlıqlar, su matorları hər zaman işlək vəziyyətdədir. Arx və kanalların vaxtında təmizlənməsi sayəsində suvarmada heç bir problem yaşanmır. Bəzən mövcud olan xırda çatışmazlıqlar da rayon rəhbərliyinin qayğısı sayəsində dərhal aradan qaldırılır.

RİHB-nin Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Yaşar Əfəndiyev, kənd bələdiyyəsinin sədri Taleh Həsənov, icra nümayəndəsinin müavini Kamaləddin Musayev, mühasib Mustafa Sadıqov, işçi qrupunun üzvlərindən ağsaqqal Ayvaz Osmanov, Nüsrət Aşurov, kənd məktəbinin direktoru Cahangir Alnaqov, ağsaqqallardan Ziyaddın İsmayılov, Mirzə Nuriyev, İlham Nəbiyev, Kosalar SİB-nin icraçı direktoru Məzahir Şıxəliyev və başqaları çıxış edərək respublikamızda iqtisadiyyatın böyük qolu olan kənd təsərrüfatının inkişaf etdirilməsinə görə Ölkə Başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qazax rayonunda kənd təsərrüfatı sahəsində qazanılan uğurlu nəticələrə görə rayon rəhbərliyinə öz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər rayonda suvarma suyuna olan tələbatın yüksək səviyyədə təmin olunduğunu qeyd edərək bu sahədə SİB-lər tərəfindən görülən işlərdən danışıblar. Sakinlərin növbəlilik əsasında suvarma suyu ilə tam təmin edildiyini qeyd ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclasa yekun vuraraq bildirib ki, istər Suvarma Sistemləri İdarəsi, istərsə də SİB-lər bundan sonra da daha məsuliyyətli olmalı və sakinlərə yüksək səviyyədə xidmət göstərilməlidir. Kəndlinin məhsulunun suvarılması üçün bütün səy və imkanlardan maksimum dərəcədə istifadə olunmalıdır.

Rayon rəhbəri bu istiqamətdə öz tapşırıq və tövsiyələrini də verib.

Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
Qazaxda SİB-lərin fəaliyyəti müzakirə olunub
GOYEZEN.AZ


Facebook-da paylaş