İcra başçısı İkinci Şıxlı kəndindəki Aqro Parkda mövcud vəziyyətlə maraqlanıb
Son illər
ölkəmizdə həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü tədbirlər həm dövlətimizin
sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsində, həm də iqtisadiyyatın neft amilindən
asılılığının azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham
Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı
Sərəncam və Fərmanlara əsasən bu gün elə bir sahə yoxdur ki, orada olan
inkişaf, tərəqqi gözə çarpmasın. Bütün bunlar isə kənd təsərrüfatının,
ümumilikdə ölkə iqtisadiyyatının artan templə inkişaf etməsinin əyani
sübutudur. Ölkə Prezidentinin
kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun
olaraq bu sahəni durmadan inkişaf etdirən rayonlardan biri də Qazax rayonudur.
Bunu rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin
yaradılmasından da aydın şəkildə görmək olur. Rayonun İkinci
Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Park da bu
sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu addımlardan
biridir. Belə ki, rayonda yaradılmış bu Aqro Park həm kənd təsərrüfatının
inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından olduqca
böyük əhəmiyyətə malikdir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Aqro Parkdakı
mövcud vəziyyətlə maraqlanıb. İdari
işlər üzrə şöbə müdiri Seymur Əhmədov rayon rəhbərliyinə Aqro
Park haqqında ətraflı məlumat verərək bildirib ki, torpaq
sahələrinin suvarılması məqsədilə uzunluğu 13,5 km olan 520 m-lik metal borular
vasitəsilə (yeraltı) 1-ci, 2-ci və 3-cü pillə nasos stansiyaları arasında
basqılı boru kəməri çəkilib. O cümlədən, sahədaxili suvarma məqsədilə uzunluğu
18 km olan 315 m-lik polietilen borularla yeraltı suvarma xətləri çəkilib. Bundan
əlavə, Aqro Park daxilində sahəsi 1600 kv.m olan quru anbar, tutumu 2670 ton
olan çox funksiyalı soyuducu anbar inşa edilib. Sahəsi 463 kv.m olan ikimərtəbəli
inzibati idarəetmə ofis binası da tam hazırdır. Sahəsi 608 kv.m olan
texnikaların təmiri saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin ərazidə
tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və s. inşa edilib
istismara verilib. Qeyd edib ki, elektrik təminatı ilə
əlaqədar 13,2 km uzunluğunda elektrik hava veriliş xətti çəkilib. 1 ədəd 1000
kVa, 2 ədəd 630 kVa, 1 ədəd 63 kVa transformatorlar quraşdırılıb. 2-ci və 3-cü
pilləli nasos stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos
stansiyasında 3 ədəd (1-i ehtiyatda olmaq şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb. Qeyd
edib ki, Aqro Parkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram
çayı sahilində 1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa
edilib, o cümlədən, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə
isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara verilib.
Həmçinin torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü pillə
nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton
örtüklü 2 ədəd su anbarı inşa edilib və ətrafı qorumaya alınıb. Bundan başqa, Aqro Parkın
həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül
kolları əkilib. S.Əhmədov bu il üzrə
aparılan əkin sahəsi haqqında da ətraflı məlumat verib. Bildirib ki, cari ildə 1052,35
hektar sahədə əkin işləri aparılıb. Bunun 300,05 hektarını kartof, 463,0
hektarını buğda, 140,1 hektarını arpa, 5 hektarını noxud, 5 hektarını yazlıq, 20
hektarını payızlıq kök, 74,7 hektarını qarğıdalı, 44.50 hektarını isə soya təşkil
edir. Qeyd edib ki, taxıl biçini başa çatıb və məhsul tədarük olunub. Kartof
sahələrində iyul ayının əvvəlindən başlayaraq yığıma başlanılıb. Eyni zamanda 5
hektarda əkilmiş kökün çıxarılması da davam edir.
GOYEZEN.AZ
Aqro
Parkla tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsyələrini verib.
Sonra rayon rəhbərliyi 2018-ci ilin
oktyabrında əsaslı təmirdən sonra istifadəyə verilən 35
uşaq yerlik İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə, körpələrə göstərilən diqqət və
qayğı ilə tanış olub.
Facebook-da paylaş