İcra başçısı İkinci Şıxlı kəndindəki Aqro Parkda olub
Bu gün
ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan, məqsədyönlü tədbirlərdən biri həm
dövlətimizin sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsi, həm də
iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasıdır. Dövlət başçısı İlham
Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı
sərəncam və fərmanlara uyğun olaraq elə bir sahə yoxdur ki, orada olan inkişaf,
tərəqqi gözə çarpmasın. Bütün bunlar isə kənd təsərrüfatının, ümumilikdə ölkə
iqtisadiyyatının artan templə inkişaf etməsi deməkdir. Ölkə Prezidenti
İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və
tövsiyələr respublikamızın hər yerində oluğu kimi, Qazax rayonunda da uğurla
icra olunur. Rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin
yaradılması bu sahədə görülən işlərin bariz nümunəsidir. Rayonun İkinci
Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Park da bu
sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu addımlardan
biridir. Belə ki, rayonda yaradılmış bu Aqro Park həm kənd təsərrüfatının
inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından olduqca
böyük əhəmiyyət kəsb edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Aqro Parkdakı
mövcud vəziyyətlə tanış olub. İdari
işlər üzrə şöbə müdiri Seymur Əhmədov rayon rəhbərliyinə Aqro
Park haqqında ətraflı məlumat verərək bildirib ki, torpaq
sahələrinin suvarılması məqsədilə uzunluğu 13,5 km olan 520 m-lik metal borular
vasitəsilə (yeraltı) 1-ci, 2-ci və 3-cü pillə nasos stansiyaları arasında
basqılı boru kəməri çəkilib. O cümlədən, sahədaxili suvarma məqsədilə uzunluğu
18 km olan 315 m-lik polietilen borularla yeraltı suvarma xətləri çəkilib. Bundan
əlavə, Aqro Park daxilində sahəsi 1600 kv.m olan quru anbar, tutumu 2670 ton
olan çox funksiyalı soyuducu anbar inşa edilib. Sahəsi 463 kv.m olan ikimərtəbəli
inzibati idarəetmə ofis binası da tam hazırdır. Sahəsi 608 kv.m olan
texnikaların təmiri saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin, ərazidə
tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və s. inşa edilib istismara
verilib. Qeyd edib ki, elektrik təminatı ilə
əlaqədar 13,2 km uzunluğunda elektrik hava veriliş xətti çəkilib. 1 ədəd 1000
kVa, 2 ədəd 630 kVa, 1 ədəd 63 kVa transformatorlar quraşdırılıb. 2-ci və 3-cü
pilləli nasos stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos
stansiyasında 3 ədəd (1-i ehtiyatda olmaq şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb. Qeyd
edib ki, Aqro Parkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram
çayı sahilində 1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa
edilib, o cümlədən, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə
isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara verilib.
Həmçinin, torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü pillə
nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton
örtüklü 2 ədəd su anbarı inşa edilib və ətrafı qorumaya alınıb. Bundan başqa, Aqro Parkın
həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül
kolları əkilib. S.Əhmədov bu il üzrə
aparılan səpin işləri haqqında da ətraflı məlumat verib. Bildirib ki, 2109
hektar sahədə əkin işlərinin aparılması nəzərdə tutulub ki, bunun 300 hektarına
kartof, 603 hektarına taxıl, 5 hektar noxud, 25 hektar kök, 45 hektar sahəyə isə
soya səpilib. Aqro
Parkla tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş