• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir parkda abadlıq işləri aparılır


Bir neçə gün öncə Qazaxda şəhərin mərkəzində yerləşən parkla bağlı "Park sökülür, yerində yeni obyekt tikilir, ağaclar kəsilir” bunun kimi onlarla cümlələr, fikirlər sosial şəbəkələrdə, bəzi saytlarda geniş şəkildə yayıldı. Xəbər yayanlar isə etdiklərinə belə don geyindirməyə çalışdılar ki, guya rayonun qayğısını çəkir, təbiətinə olan haqsızlığı götürə bilmir. Lakin onu anlamadılar ki, insan xəbəri yaymazdan əvvəl etdiklərinə əmin olar, dəqiq məlumat əldə edər sonra yayımlayar.

Bu gün isə göründüyü kimi, parkda nə hansısa bir obyekt tikilir, nə də ağaclar kəsilir. Əksinə parkda rayon sakinlərinin asudə vaxtlarını səmərəli şəkildə keçirmələri, daha rahat şəraitdə istirahət etmələri üçün yenidənqurma, abadlıq işləri aparılır.

Hazırda burada hörgü işləri aparılmış hasarda aqlay vurulması və suvaq işləri görülür. Hətta, gecələr şəhərə daha bir gözəllik verməsi üçün parkda xüsusi işıqlanma sistemi də qurulub.








GOYEZEN.AZ



Facebook-da paylaş