6 saylı körpələr evi-uşaq bağçasında işlərin xeyli hissəsi görülüb
Bu gün
sevindirici haldır ki, Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq,
abadlıq işlərinin siyahısında bağçaların tikilməsinə və yaxud da əsaslı şəkildə
yenidən qurulmasına da rast gəlinir. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən
daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz gələcəyimiz olan
körpələrimiz üçün yaradılan şəraitdir. Belə ki, bu gün tam əminliklə deyə
bilərik ki, ölkə başçısı İlham Əliyev tərəfindən
regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci
il tarixli Sərəncamı Qazaxda olduğu kimi icra edən rayon rəhbəri istiqamətdə
məqsədyönlü işlər görür. Son iki il
yarım ərzində rayon rəhbərinin uşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları
üçün yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən
qurulması istiqamətində həyata keçirdiyi həmin işlərin nəticəsidir ki, bu gün Qazax
rayonunda olan 25 bağçadan 16-sı
müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Rayonda olan həmin təmirli şəhər bağçalarından
1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd
2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq
bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları,
eyni zamanda, ötən ay istifadəyə verilən İkinci Şıxlı kənd 2 saylı körpələr
evi-uşaq bağçası bu istiqamətdə görülən həmin işlərin əyani sübutudur. Tələbata cavab
verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən
qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də
uğurla davam etdirilir. Şəhərdə yerləşən və yararsız
vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı
şəkildə yenidən qurulmasına başlanılıb. 3 aya yaxındır ki, bununla bağlı bağça
binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib. Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov əsaslı şəkildə yenidən qurulan 6 saylı
körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış olub. İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə yekunlaşan
işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü, xarici fasadında
suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə beton
tökülməsi, tavanlara alçipanların, divarlara alt hissənin və ikinci qat üzlüyün
vurulması işləri tam başa çatıb. Bundan başqa, otaqlara qapı və pəncərələr
qoyulub. İstilik sisteminin və elektrik xətlərinin çəkilməsi yekunlaşıb. İş icraçısı
qeyd edib ki, binanın daxilində və həyətində tikinti işləri paralel şəkildə
aparılır. Həyətə tamet döşənməsi üçün alt hissənin işləri görülüb və hazırda
tamet döşənməsi davam edir. Eyni zamanda, bağçanın həyətində gözətçi otağı
tikilir ki, burada da əsas işlər görülüb. Hörgü və suvaq işi başa çatıb, qapı
və pəncərə qoyulub, tavana alçipan vurulub. Hazırda döşəməyə tamet döşənir.
Bundan əlavə, bağçanın kənarına hasar çəkilməsi işi də davam edir. Görülən işlərlə
tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib,
bəzi tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş