Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
Azərbaycan
Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində
vətəndaşlarla görüşüb. Görüşdə
Qazaxla yanaşı, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının da sakinləri iştirak edib. Görüşdən əvvəl Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov və nazir Ramin Quluzadə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq
əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ümummilli liderin adını daşıyan Mərkəzdə
dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış olublar. Sonra şəhərin mərkəzində
yerləşən Şəhidlər Xiyabanına gələrək şəhidlərin əziz
xatirəsini yad edib, memorial önünə gül dəstələri qoyublar.
Daha sonra Ədəbiyyat Muzeyində vətəndaşlarla
görüş keçirilib. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin
həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb. Müraciətlər
telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut
xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi
məsələləri əhatə edib. Bəzi
vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid
olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb. Qeyd edək
ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin
sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq
keçirilib. GOYEZEN.AZ
Facebook-da paylaş