Əsas Səhifə > Manşet / Rəsmi > Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb21-09-2018, 15:16 |
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qazax şəhərində vətəndaşlarla görüşüb. Görüşdə Qazaxla yanaşı, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının da sakinləri iştirak edib. Görüşdən əvvəl Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və nazir Ramin Quluzadə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ümummilli liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış olublar. Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək şəhidlərin əziz xatirəsini yad edib, memorial önünə gül dəstələri qoyublar.
Daha sonra Ədəbiyyat Muzeyində vətəndaşlarla görüş keçirilib. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb. Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edib. Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb. Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.
GOYEZEN.AZ Geri qayıt |