Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
"Ulu
öndər Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi”nin imzalanması
Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. Bu müqavilə
müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir”.
GOYEZEN.AZ yap.org.az-a istinadən bildirir ki, bu fikirləri
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr
müavini Kamran Nəbizadə deyib.
K.Nəbizadə
bildirib ki, "Əsrin müqaviləsi” imzalandıqdan sonra növbəti mərhələdəki işlər
uğurla davam etdirildi. "Əsrin müqaviləsi”nin ardından 1996-cı ildə artıq
"Şahdəniz” yatağı üzrə müqavilə imzalandı. 1997-ci ildə "Çıraq” platformasından
ilk neft çıxarıldı. 1998-ci ildə Bakı - Novorossiysk neft kəməri bərpa olundu
və neftimiz Qara dəniz vasitəsilə ixrac edilməyə başladı. 1999-cu ildə
Bakı-Supsa neft kəməri, 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəmərinin təməli qoyuldu və 4 ildən sonra istismara verildi. Bundan sonra
Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verildi.
"Hazırda
Şahdəniz-1 və Şahdəniz-2-dən çıxarılan qazın xarici bazarlara çatdırılması nəzərdə
tutulur. Bunların hamısı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticələri və
bəhrələridir. Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə
edən sahələr dirçəldi, həm də bütün iqtisadiyyatımız inkişaf etdi. Bu baxımdan,
neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir
göstərdi. "Əsrin müqaviləsi”nin imzalanmasının ən böyük nailiyyəti bu oldu ki,
biz ictimai-siyasi sabitliyə nail olduq, iqtisadi inkişaf başladı, eyni
zamanda, iqtisadi təhlükəsizlik yarandı ki, Azərbaycan bunun sayəsində nəinki
neft sənayesində, qeyri-neft sektorunda da sərmayəçilər üçün əlverişli və
cəlbedici ölkəyə çevrildi. Bu, çox mühüm faktdır. Hazırda bu siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan regionda ən
güclü və həlledici ölkədir. Bizimlə hesablaşırlar, mövqeyimizi qəbul edirlər.
Enerji və neft ehtiyatları və onları nəql edən kəmərlər qorunmalıdır. Onların
qorunması dünyanın, o cümlədən Avropanın təhlükəsizliyinin və sabitliyinin
qorunmasına gətirib çıxarır. Ona görə də enerji təhlükəsizliyi ön planda
olmalıdır. Azərbaycan da Avropanın enerji təhlükəsizliyini təmin edən ən önəmli
ölkələrdən biridir” - deyə K.Nəbizadə vurğulayıb.
Facebook-da paylaş