Kamran Nəbizadə: Beynəlxalq qurumlar işğalçı Ermənistanın və separatçı rejimin “referendum” oyununa münasibət bildirməli və pisləməlidir
“Qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan separatçı rejim tərəfindən fevralın 20-də keçirilməsi nəzərdə tululan “referendum” heç bir əhəmiyyət kəsb etmir. Çünki dünya birliyi tərəfindən qəbul olunmayan və tanınmayan bir rejimin keçirdiyi bu “referendum” tamamilə qanunsuzdur”.
GOYEZEN.AZ saytı Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Nəbizadənin yap.org.az saytına söylədiyi həmin fikirləri təqdim edir.
K.Nəbizadə bildirib ki, ötən ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qələbəsi, hərbi və diplomatik müstəvidə Azərbaycanın Ermənistan üzərində üstünlüyü, Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası və digər amillər işğalçı dövləti ciddi şəkildə narahat edir. Onun fikrincə, bütün bunların fonunda Ermənistan bu “referendum” oyunu ilə diqqəti cəlb etmək, müəyyən dividentlər qazanmaq istəyir.
“Amma bu cəhdlər əbəsdir. Çünki qondarma bir qurumun keçirdiyi «referendum” dünya birliyi tərəfindən ciddi qəbul olunmayacaq. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağa ən yüksək müxtariyyət statusu verməyə hazırıq. Hazırda ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesi gedir və dövlət başçımızın vurğuladığı Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil”- deyən, millət vəkili əlavə edib ki, bütün hallarda, beynəlxalq qurumlar işğalçı Ermənistanın və separatçı rejimin “referendum” oyununa münasibət bildirməli və bunu pisləməlidir.
“Çünki bu “referendum” qanunsuzdur və beynəlxalq hüquq normalarına ziddir. Təssüf ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların şahidi oluruq. Mən ATƏT PA-nın sessiyalarında da çıxışlarım zamanı bildirmişəm ki, bu münaqişənin həllində ikili standartlara yol verilir. Bu özünü ayrı-ayrı münaqişələrə münasibətdə də göstərir. Yəni, müəyyən beynəlxalq təşkilatlar dünyanın müxləif yerlərində, eləcə də bizə yaxın bölgələrdə işğal faktını kəskin pisləyərək müvafiq qərarlar qəbul etsələr də, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə işğalçı ilə işğala məruz qalan dövləti bərabərləşdirirlər. Belə yanaşmalara son qoyulmasa, işğalçı Ermənistan heç zaman sülhə getməyəcək”- deyə, K.Nəbizadə vurğulayıb.

Facebook-da paylaş