Qazaxda Dədə Ədalətin vəfatının birinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax" Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı
ilə Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun vəfatının birinci ildönümünə
həsr olunmuş silsilə tədbirlər keçirilib. Qəbirüstü abidəsinin açılış mərasimindən və
ehsan süfrəsindən sonra böyük ustadın xatirəsinə həsr olunmuş anım tədbirində "Qazax
Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvləri, RİHB
aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər
və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət
işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar
və KİV nümayəndələri iştirak edib. Qonaqlardan - Akademik Teymur Bünyadov, Xalq şairi Nəriman
Həsənzadə, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, fizika-riyaziyyat elmləri doktoru,
professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar
Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm
Qasımlı, BDU Qazax
filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev, Azərbaycan Güləş Federasiyasının I
vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi,
2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, "Şöhrət” ordenli məşqçi
Firdovsi Umudov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, digər
qonaqlardan Vidadi Bayramov, Puşkin Əhmədov,
Rafael İncəyurd, Fikrət Hacıyev, Elxan Məmmədli, Alxan Bayramoğlu, Məti
Osmanoğlu, Yusif Alı Avşar, Zaməddin Ziyadoğlu, Məmməd Afşan, Qafar Sarıvəlli,
Aşıq Altay Məmmədov, Bəhruz Qaraqoyunlu, Şəmistan Nəzirli, Raliz Qaravəliyev,
İbrahim İlyaslı, Vəli Xramçaylı, Bəxtiyar Rüstəmoğlu, Əhməd Hontooğlu, Arif
Əliyev, Varis Yolçuyev, Avdı Qoşqar, Tural Əliyev, Tural Məmmədov, Arzuman
Abdulkərimov, Akif Əmirov, qadınlardan Sultanxanım Nəsibova, Dürdanə
Vəkilova, Çiçək Mahmudqızı, İlhamə Qəsəbova, Cığatel
İsaqızı da Dədə
Ədalətin sazının, sözünün qüdrətinə toplaşanlar sırasında idilər. Gənclər Mərkəzində keçirilən tədbir Çiçək Mahmudqızının
təqdimatında Aşıq Ədalətin yaradıcılığına həsr olunmuş "Dədə
Ədalətin ruhunun işığında” adlı filmdən fraqmentlərin
nümayişi ilə başlayıb. Filmdə ustad Dədə Ədalətin haqqında İsmayıl Şıxlı, Zəlimxan
Yaqub, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu və başqa tanınmış şəxsiyyətlərin
fikirləri, dəyərli sözləri və aşığın bir-birindən əsrarəngiz saz havaları yer
alıb.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi
Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış
edərək bildirib ki, bu gün təkcə Dədə Ədalətin anım günü deyil, bu dövlət səviyyəsində
olan mərasimdi. Bu gün dövlətimiz tərəfindən Ədalət məktəbinə, sazına, şeirlərinə,
aşıq ucalığına verilən qiymətdir. Bu gün Ədalət Nəsibovun ruhunun şad olan
günüdür. Ustad aşığa ucaldılmış abidə və bugünkü silsilə tədbirlər Ədalət sevərlər üçün bir töhfədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, Ədalət sevərləri
salamlayıb, ustad aşığın Azərbaycan mədəniyyətinə bəxş etdiyi saysız-hesabsız
xidmətlərindən söz açıb. Qeyd edib ki, türk dünyasının
dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti, tarixin müxtəlif keçidlərində
enişli-yoxuşlu yollardan keçə-keçə Qorqud atanın əzəmətində ozanı yaşatmış,
orta yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Abbas Tufarqanlının,
Xəstə Qasımın, nəhayət, Ələsgərin simasında həmən zirvəni yaratmışdır. Aşıq sənəti özünə qədər
müxtəlif adlar, titullar (şaman, varsaq, ozan, yanşaq və s.) daşımış,
xalqımızın ictimai-bədii təfəkkür tarixində silinməz izlər qoymuşdur. Orta
əsrlərin ilkin çağlarından təşəkkül tapan aşıq sənəti əslində qədim ozan
sənətinin davamı və varisidir. Ozan sənəti Azərbaycan xalqının soykökündə və
təşəkkülündə başlıca rol oynamış oğuz qəbilə birləşmələrinin geniş yayılmış
incəsənəti olmuşdur. Aşıqlar sazda çalıb oxumaqla bərabər, rəngarəng formalı
şeirlər qoşur, geniş məzmunlu dastanlar yaradırdılar.
30 sentyabr 2009-cu ildə
Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində
Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır. YUNESKO-nun
Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında
qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi
mədəni irs siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan
mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir
daha təsdiqləyir. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı
məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının
nəticəsidir. Gözəl Vətən,
mənan dərin, Beşiyisən gözəllərin! Aşıq deyər sərin-sərin Sən günəşin
qucağısan, Şeir, sənət
ocağısan. deyən Səməd
Vurğun kimi, Azərbaycanın qərb bölgəsində yerləşən Qazaxda zaman-zaman çox
böyük insanlar dünyaya gəlib. Zaman keçdikcə həmin şəxslər sözümüzə, sazımıza, ədəbiyyatımıza,
tariximizə, mənəviyyatımıza, elmimizə, ziyalılığımıza, hərb sənətinə, idmanımıza
böyük şöhrət gətirmiş şəxsiyyətlərə çevrilmişlər. Həmin nəhəng simalar
sırasında ustad Aşıq Ədalət Nəsibovun da yeri zirvədədir və xidməti müstəsna əhəmiyyətə
malikdir. Onun gənclik
illərində özünü və sazını heyranlıqla dinləyən Xalq şairi Osman Sarıvəlli
demişdir: "Ədalət, sazın Səməd Vurğunu olacaqdır!” Peyğəmbərcəsinə deyilmiş bu
qiymətli fikir çox keçmədən həyatda öz real əksini tapmışdır. Aşıq Ədalətin
çaldığı sazın şöhrəti bütün türk dünyasına, dünyaya yayılmışdır. Bu baxımdan
Xalq yazıçısı Mirzə İbrahimovun dediyi sözlər Ədalət sənətinin qüdrətini daha
doğru-dürüst əks etdirir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir
nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünyanın mədəniyyət meydanına
çıxa bilərdik”. Həqiqətən də doğru
deyilib, Ədalətin sazı onu sevənlərin yaddaşında bir orkestrin belə görə bilməyəcəyi
ecazkar musiqi aləti kimi qalıb. Qardaş türk
xalqının böyük yazıçı oğlu Əziz Nesin də düz deyirdi: "Ələsgər söz sənətində
kimdirsə, Ədalət də saz sənətində odur!” Xalq şairi Bəxtiyar
Vahabzadə "Ədalət kimi sənətkarlar – məktəbdir” deyəndə Xalq yazıçısı İsmayıl
Şıxlı sanki həmin fikrə qüvvət verirmiş kimi yazırdı: "Elə sənətkarlar var ki,
onlar yüz ildə, iki yüz ildə bir yaranırlar. Özü də onların sənətə gəlişi necə
deyərlər, Allah vergisidir. Ədalət bizim saz sənətimizin yeni bir epoxası, yeni
bir dövrüdür”. Doğrudan da
bu Allah vergisi olan dahi sənətkarımız qısa zaman kəsiyində sazımızın şöhrətini
göylərə qaldırdı. Sazımız bu sənətkarla özünün yeni bir intibah dövrünə qədəm
qoydu desək səhv etmərik. İstər Ədalətin, istərsə də Azərbaycanın müxtəlif bölgələrində
saz sənətini yaşadan aşıqların timsalında bu intibah dövrü yaşanmalıydı. Xüsusilə,
dövlət səviyyəsində saz sənətinə göstərilən böyük diqqət və qayğının sayəsində!
Bu mənada Ədalətin missiyası beynəlxalq missiya idi. Ədalətin missiyası təkcə
saz çalmaq deyildi, sazımızın coğrafi və mənəvi sərhədlərini genişləndirmək
idi. Azərbaycan
Aşıqlar Birliyinin sədri, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar Elm
xadimi, professor Məhərrəm Qasımlının təbirincə desək, "Onun çaldığı saz
Qazaxdan qanadlanıb Gəncəyə, Bakıya, Təbrizə, İstanbula, Parisə qədər hər yerə
Azərbaycan milli-mənəvi varlığının möcüzəli təqdimatını daşıdı”. Hansı qiymət
desən, Ədalətə yaraşırdı. Kimi ona "ustadlar ustadı” deyirdi, kimi "Dədə”
adlandırırdı, kimi də onu "Sazın pasportu”, "ruhların danışan dili”, "Sazın
peyğəmbəri” hesab edirdi. O, yaddaşlarda "Zamanı dəyişən sənətkar” kimi də əlçatmaz
yer tutdu, "Sazın ucalan bayrağı”na çevrildi. Kimi də onun ecazkar sazının
möcüzəli səsini dinləyə-dinləyə yazırdı ki: "Çal qurbanın
olum Ədalət əmi, Bax, belə
çalarlar "Yanıq Kərəmi” Kimi də özünə
borc bildi ki, belə desin: Bir təxti-səltənət
var bu dünyada, O, da
ustadımız Ədalətindi. Böyük sənətkarların
adı həmişə Vətənin adı ilə sinonim olur. Ədalətin də adı belə adlardan biridir: Yetirərmi bir
də zaman Ədalət, Nə xoşbəxtdir
Azərbaycan-Ədalət! Necə deyərlər,
yaşasın Azərbaycan xalqı!, yaşasın onun dünya mədəniyyətinə bəxş etdiyi incilər! Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bildirib
ki, bu gün Ədalət Nəsibovun anım günü ilə yanaşı, Azərbaycanın, sazın, sözün
bayramıdı. Bu gün eyni zamanda, Azərbaycan Respublikasının paytaxtı
Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayır. Düz 100 il əvvəl -
1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı
statusunu alaraq Nuru Paşann komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan
milli ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün indi yenidən təkrarlanır.
Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli liderimiz
Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks
etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi
olduğunu göstərir. Məhz Dədə Ədalətin anım günü də bu tarixi hadisəyə təsadüf
edir. Bunun özündə belə böyük hikmət var. Akademik
Teymur Bünyadov çıxış edərək
qeyd edib ki, Azərbaycan xalqı dünyanın ən mədəni xalqları sırasındadır.
Akademikin simli musiqi aləti olan, ozan sənətinin əsasını təşkil edən saz
haqqında dəyərli fikirləri bir daha onu sübut edir ki, Azərbaycan mədəniyyəti
ta qədimdən zəngin olub. Biz qazaxlılar Ədalətimizlə fəxr etməliyik, hər zaman
abidəsini ziyarət etməliyik deyən akademik onun daim qəlblərdə yaşayacağını
qeyd edib. Rayon rəhbərinin gördüyü işlərin sırasında Dədə Ədalətin abidəsinin
qoyulmasının olmasını, bütövlükdə mədəniyyət sahəsinə xüsusi qayğı ilə yanaşmasını
yüksək qiymətləndirib.
Azərbaycan
Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi,
professor Məhərrəm Qasımlı çıxış edərək qeyd edib ki, bu gün Azərbaycanda dövlət
tərəfindən mədəniyyət sahəsinə, ozan sənətinə, aşıqlarımıza verilən dəyər, göstərilən
qayğı yüksək səviyyədədir. Ustad aşıqla
bağlı xatirələrindən danışan M.Qasımlı birliyin 1 nömrəli üzvlük vəsqəsinin Dədə
Ədalətə məxsus olduğunu bildirib. Qeyd edib ki, bundan sonra da birlik tərəfindən
verilən vəsiqələrin birinci nömrəsi yenə də Ədalət Nəsibova məxsus olacaq. Bildirib
ki, yüz dəfə "Yanıq Kərəmi” havasını ifa edib. Ustadın böyüklüyü ondadır ki, hər
dəfə Azərbaycan xalqına fərqli təqdim edib. Bu baxımdan Dədə Ədalətin şah əsəri
olan "Yanıq Kərəmi”ni "Ədalət Kərəmi”si adlandırsaq və sazın himninə çevirsək
lap yerinə düşər.
Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi
olaraq Dədə Ədalətin irsinin lazımi səviyyədə qorunduğunu və gələcək nəsillərə
təbliğ olunması istqamətində mühüm işlər
görüldüyünü qeyd edib. Rayon rəhbərinin aşıq sənətinə verdiyi qiymətdən söz
açan M.Qasımlı Dədə Ədalətlə yanaşı, digər aşıqlara da yüksək qiymət verdiyini
bildirib. Aşıq Ələsgər və Aşıq Şəmşirin də sənətinə böyük ehtiramla yanaşdığını
vurğulayıb. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, fizika-riyaziyyat elmləri doktoru,
professor İlham Pirməmmədov çıxış edərək bugünkü tədbirin bütün qazaxlılar üçün
bir töhfə olduğunu bildirib. Keçirilən tədbirin bütün tədbirlərin birincisi olacağını
qeyd edən natiq mədəniyyətimizdə bir saz məktəbi var ki, onun da Dədə Ədalətin
məktəbi olduğunu qeyd edib. O məktəb ki, onun direktoru da, müəllimi də böyük
ustadın özüdür.
İstər abidənin, istərsə də "Könül dastanı” kitabının
ərəsəyə gəlməsində əməyi olan insanlara minnətdarlığını bildirib. Azərbaycan
Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq
kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri, "Şöhrət" ordenli Natiq
Əliyevin bu abidənin ərsəyə gəlməsində böyük əməyi olduğunu bildirərək bütün qazaxlılar, Ədalət sevərlər adından təşəkkürünü çatdırıb. Əsərlərinin içərisində Dədə Ədalətin möhtəşəm
abidəsinin daha bir şah əsəri olduğunu qeyd edib. Şair, "Könül dastanı” kitabının redaktoru Rafael İncəyurd çıxış edərək kitabın yazılmasında,
böyük ustadın adına layiq bir kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə
təşəkkürlərini çatdıraraq Dədə Ədalətə olan hörməti klassik aşıq sənətinə olan
hörmət kimi qiymətləndirib. Şairə Cığatel
İsaqızı böyük ustadın anım tədbirində ürək sözlərini çatdıraraq Qazaxı, sazı,
sözü tərənnüm edən şeirlər səsləndirib. Sonra söz Dədə Ədalət məktəbindən bəhrələnən, pərvazlanan,
böyük ustadın adını hər zaman ucaldan aşıqlara verilib. Aşıqlardan Camoy
Qurbanov, Avdı Musayev, Şaiq İncəli, Altay Məmmədov, Saqif Məzəmli, Hüsən Kəmərli,
Samir Allahverdiyev, İlqar Qələmçəli, Şahin Süleymanov, Ədalət Dəlidağlı Dədə
Ədalətin bir-birindən zəngin, könüllər oxşayan, Azərbaycan mədəniyyətini bütün
dünyada tanıdan qədim el havalarını səsləndirib, şeirlər oxuyublar. Böyük ustadın, sazın, sözün nəhəngi olan Dədə Ədalətin
vəfatının birinci ildönümünə həsr olunmuş anım tədbiri Qazax 2 nömrəli musiqi məktəbinin şagirdlərinin
ifasında "Paşa köçdü” havası üstündə "Azərbaycan” mahnısının sədaları altında
başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş