Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun ildönümü qeyd olunub
Bu gün Azərbaycan mədəniyyətini, aşıq sənətini
dünyanın bir çox ölkələrində təmsil etmiş, YUNESKO tərəfindən ifaları ayrıca
lentə alınmış, aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilmiş,
Əməkdar incəsənət xadimi fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə
layiq görülmüş, haqqında kitablar yazılmış, filmlər çəkilmiş Ədalət Nəsibovun vəfatının
birinci ildönümü qeyd olunub. Qazax Rayon
İcra Hakimiyyətinin, "Qazax" Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Aşıqlar
Birliyinin birgə təşkilatçılığı ilə ustad aşığın doğulub boya-başa çatdığı və dəfn
olunduğu Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında qəbirüstü abidəsinin
açılışı olub. İldönümü mərasimində "Qazax" Xeyriyyə İctimai
Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvləri, RİHB aparatının məsul işçiləri,
hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər və kənd İƏD üzrə nümayəndələri
və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və
təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar və KİV nümayəndələri
iştirak ediblər. Qonaqlardan
- Akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, fizika-riyaziyyat elmləri
doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar
elm xadimi, professor Məhərrəm Qasımlı, BDU Qazax filialının
direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev, Azərbaycan Güləş
Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma
komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş,
"Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, Azərbaycan Respublikasının Əməkdar
mədəniyyət işçisi Zəminə Xınalı, digər qonaqlardan Vidadi Bayramov, Puşkin Əhmədov,
Rafael İncəyurd, Fikrət Hacıyev, Elxan Məmmədli, Alxan Bayramoğlu, Məti
Osmanoğlu, Yusif Alı Avşar, Zaməddin Ziyadoğlu, Məmməd Afşan, Qafar Sarıvəlli,
Aşıq Altay Məmmədov, Bəhruz Qaraqoyunlu, Şəmistan Nəzirli, Raliz Qaravəliyev,
İbrahim İlyaslı, Vəli Xramçaylı, Bəxtiyar Rüstəmoğlu, Əhməd Hontooğlu, Arif
Əliyev, Varis Yolçuyev, Avdı Qoşqar, Tural Əliyev, Tural Məmmədov, Arzuman
Abdulkərimov, Akif Əmirov, qadınlardan Sultanxanım Nəsibova, Dürdanə
Vəkilova, Çiçək Mahmudqızı, İlhamə Qəsəbova, Cığatel
İsaqızı da Dədə Ədalətin sazının, sözünün qüdrətinə toplaşmışdı. İldönümü
mərasimində Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın da xatirəsi
yad edilib, ruhlarına dua oxunub. "Fəxri qazaxlılar” parkı ilə tanış olduqdan
sonra qonaqlar Şəhidlər Xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri
qoyub və şəhidlərə olan ehtiramlarını bildiriblər. Sonra M.Hüseyn
adına məktəb-liseyin, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin və S.Hacıyev adına
Orta Salahlı kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərimizə həsr
olunmuş şeirlər oxuyublar. Şəhidlər Xiyabanı və "Fəxri qazaxlılar”
parkı ilə tanış olduqdan sonra qonaqlar ustad aşıq Dədə Ədalətin ildönümü
münasibətilə Mədəniyyət Mərkəzinin qarşısında açılmış ehsan
süfrəsində iştirak ediblər. Ölməz sənətkarın ruhuna dua oxunub, əziz xatirəsi dərin
hörmətlə yad olunub. GOYEZEN.AZ
Facebook-da paylaş