Əsas Səhifə > Manşet / Mədəniyyət > Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun ildönümü qeyd olunub

Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun ildönümü qeyd olunub


15-09-2018, 20:15


Bu gün Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil etmiş, YUNESKO tərəfindən ifaları ayrıca lentə alınmış, aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilmiş, Əməkdar incəsənət xadimi fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, haqqında kitablar yazılmış, filmlər çəkilmiş Ədalət Nəsibovun vəfatının birinci ildönümü qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax" Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşığın doğulub boya-başa çatdığı və dəfn olunduğu Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında qəbirüstü abidəsinin açılışı olub.

İldönümü mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvləri, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

Qonaqlardan - Akademik Teymur BünyadovXalq şairi Nəriman Həsənzadə"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham PirməmmədovAzərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm QasımlıBDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, digər qonaqlardan Vidadi Bayramov, Puşkin Əhmədov, Rafael İncəyurd, Fikrət Hacıyev, Elxan Məmmədli, Alxan Bayramoğlu, Məti Osmanoğlu, Yusif Alı Avşar, Zaməddin Ziyadoğlu, Məmməd Afşan, Qafar Sarıvəlli, Aşıq Altay Məmmədov, Bəhruz Qaraqoyunlu, Şəmistan Nəzirli, Raliz Qaravəliyev, İbrahim İlyaslı, Vəli Xramçaylı, Bəxtiyar Rüstəmoğlu, Əhməd Hontooğlu, Arif Əliyev, Varis Yolçuyev, Avdı Qoşqar, Tural Əliyev, Tural Məmmədov, Arzuman Abdulkərimov, Akif Əmirov, qadınlardan Sultanxanım NəsibovaDürdanə Vəkilova, Çiçək Mahmudqızı İlhamə Qəsəbova Cığatel İsaqızı da Dədə Ədalətin sazının, sözünün qüdrətinə toplaşmışdı.

İldönümü mərasimində Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın da xatirəsi yad edilib, ruhlarına dua oxunub. "Fəxri qazaxlılar” parkı ilə tanış olduqdan sonra qonaqlar Şəhidlər Xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri qoyub və şəhidlərə olan ehtiramlarını bildiriblər.

Sonra M.Hüseyn adına məktəb-liseyin, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin və S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər oxuyublar.

Şəhidlər Xiyabanı və "Fəxri qazaxlılar” parkı ilə tanış olduqdan sonra qonaqlar ustad aşıq Dədə Ədalətin ildönümü münasibətilə Mədəniyyət Mərkəzinin qarşısında açılmış ehsan süfrəsində iştirak ediblər. Ölməz sənətkarın ruhuna dua oxunub, əziz xatirəsi dərin hörmətlə yad olunub.

















GOYEZEN.AZ


Geri qayıt