İcra başçısı Ağköynək kəndində səyyar görüş zamanı sakinlərin etdikləri müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olub
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. İyunun 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Ağköynək kəndində yaşayan vətəndaşlarla keçirilən səyyar görüşü zamanı kənddə 25 təsərrüfatın suvarma suyu ilə təmin olunması, Ağköynək kəndində yaşadığı məhəlləyə 1 ədəd işıq plafonunun quraşdırılması ilə bağlı müraciətlərinin rayon rəhbərliyinin tapşırığına əsasən yerində araşdırılması, müraciətə həssaslıqla yanaşılması rayonda vətəndaş məmnunluğunun təmin olunması deməkdir. Təqdirəlayiq haldır ki, vətəndaşların qaldırdıqları məsələlər artıq öz müsbət həllini tapıb. Belə ki, sözügedən məsələlərlə əlaqədar lazımi işlər görülüb. İyunun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və aidiyyəti qurumların rəhbərləri ilə birlikdə Ağköynək kəndində olub, sakinlərlə görüşərək görülmüş işlərin nəticəsi ilə maraqlanıb. Kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanmasını bütün sahələrdə görürük ki, bu, hər bir dövlət məmuruna örnək olmalıdır. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.
















Facebook-da paylaş














