Qazaxlı fermerlər biçinə hazırdırlar
Respublika mətbuatı Qazax haqqında Bütün bunlar barədə Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə ətraflı söhbət getmiş, dövlət proqramının icrasından irəli gələn vəzifələr ətraflı müzakirə edilmişdir. Müşavirədə rayon üzrə istehsal olunan məhsulların həcminin artırılması, sahibkarlara göstərilən dövlət qayğısı, taxıl biçininə hazırlıq işlərinin vəziyyəti, biçinin vaxtında və itkisiz başa çatdırılması, bu zaman yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması, mövsümi suvarmanın təmin edilməsi ətraflında müzakirələr aparılmışdır. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı səslənən fikirlərin, qarşıya qoyulan məqsədlərin hər kəs üçün fəaliyyət proqramı olduğunu qeyd etmiş, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatların qısa müddətdə müsbət nəticələr verəcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, dövlət tərəfindən sahibkarlara, kəndli fermer təsərrüfatlarına verilən dəstək ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına təsirsiz qalmayacaq. Müşavirədə kənd təsərrüfatının neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğu qeyd edilərək aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığı diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da kənd təsərrüfatına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsində əkin sahələri son illər bir neçə dəfə artmış, məhsuldarlıq xeyli yüksəlmişdir. Məhsuldarlığın artırılmasında başlıca səbəblərdən biri kimi bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması qeyd edilmişdir. Bu sahənin daim diqqət mərkəzində saxlanması və hər il rayonda olan suvarma arx və kanalların təmir olunması və təmizlənməsi istiqamətində görülən işlərin sayəsində təsərrüfatların su problemi minimuma enmişdir. Bunun bir səbəbi də əkin sahələrinin suvarılmasında subartezian quyularından səmərəli istifadə olunmasıdır. Yeri gəlmişkən qeyd edək ki, rayonda hazırda 214 subartezian quyusu istismar edilir. Həmçinin sudan qənaətlə istifadə olunması diqqət mərkəzində saxlanılır. Bunun üçün cari ildə kəndlərdə gecə və gündüz tərtib olunmuş növbəlilik cədvəli tərtib edilərək həyata keçirilir. Sonda bildirək ki, 2026-cı ilin məhsulu üçün rayon üzrə 6950 hektarda arpa, 4782,8 hektarda buğda olmaqla 11732,8 hektarda taxıl səpini aparılmışdır. Taxıl biçininə hazırlıq çərçivəsində 28 kombayn saz vəziyyətə gətirilmişdir. 30 kombaynın isə digər rayonlardan dislokasiya olunacağı planlaşdırılmışdır. Sabir ƏLİYEV, "Azərbaycan" qəzetinin bölgə müxbiri 10 iyun 2026-cı il, səhifə 9
Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi, həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında dövlət başçısının müvafiq sərəncamı bir daha onu söyləməyə əsas verir ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Facebook-da paylaş














