• Təqvim

  • Maraq

Adı daim Azərbaycanla qoşa çəkilən dahi şəxsiyyət Heydər Əliyev

Tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayır. İllər keçdikcə onların xalqı və Vətəni qarşısında xidmətləri daha çox nəzərə çarpır, əməlləri ilə müqəddəslik zirvəsinə ucalırlar. Müasir müstəqillik tariximizin uğurları, yüksəlişi bütünlüklə Ümummilli Lider, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır. O, müasir Azərbaycan tarixinin yaradıcısıdır. Adı daim Azərbaycanla qoşa çəkilən dahi şəxsiyyət Heydər Əliyev öz xalqı və milləti üçün əvəzsiz xidmət göstərərək gələcək neçə-neçə nəsillərə örnək ola biləcək bir insan ömrü yaşadı. Onun keçdiyi həyat yolu, gördüyü işlər xalqımıza, gənclərimizə örnəkdir. Heydər Əliyevin iradəsi, siyasi gücü, dərin ensiklopedik biliyi, iti hafizəsi, səmimiliyi, həssaslığı, Vətənə, millətə təmənnasız məhəbbəti və xidməti ona əbədi yaşamaq haqqı qazandırıb. Sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneədən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev sözün həqiqi mənasında xalqın lideri idi. Bu dahi rəhbər xalq mənafeyinin tərəfdarı və dayağı idi. O, ömrü boyu xalqına arxalandı, həyatının mənasını xalqına xidmətdə gördü. Hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını qoyan Heydər Əliyev çox ağır və mürəkkəb şəraitdə Azərbaycan dövlətçiliyini qoruyub saxladı, ölkəmizi gələcəyə inamla irəliləyən qüdrətli bir dövlətə çevirdi. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, qanunun aliliyinə təminat verən yeni konstitusiya qəbul edildi, demokratik şəraitdə parlament, bələdiyyə, prezident seçkiləri keçirildi. Ən mühüm dövlət təsisatları, güclü ordu yaradıldı, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi. Bütün bu və ya sadalanmayan minlərlə xidmətləri ilə dünəni, bu günü və sabahı xalqımıza qovuşduran, zaman çevrəsindən çıxaraq əbədiyyət qazanan Ulu Öndərin, dahi rəhbərin ruhu şaddır. Çünki bu gün dövlətçiliyimizin Heydər Əliyev mərhələsi uğurla davam etməkdədir. Ümummilli Liderin ideyaları Azərbaycanın inkişafı yolunda gur işıq kimi yolumuzu işıqlandırır. 

Mayın 10-da adı Azərbaycanın tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazdırmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Dahi insanın adını daşıyan Qazax Rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti, gənclər və şagirdlər üçün ziyarətlər təşkil olunur, xalqımızın böyük oğlunun həyat və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən kitab sərgisi, filmlər nümayiş etdirilir, Heydər Əliyevin Qazax rayonuna tarixi səfərləri, Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı, tərəqqisi naminə müəlliflik etdiyi sosial-iqtisadi layihələri, neft islahatları, elm, təhsil, mədəniyyət, idman, səhiyyə sahəsində həyata keçirdiyi uğurlu siyasət haqqında məlumatlar verilir.

Mayın 4-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun, “Azərpoçt” MMC-nin Tovuz Regional Poçt filialının Qazax Müştəri Xidmətləri şöbəsinin, “Aztelekom” MMC-nin Qərb Regional Filialının Qazax Şöbəsinin rəhbər və əməkdaşları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin, Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin müəllim və şagirdləri dahi şəxsiyyətin adını daşıyan Mərkəzə gələrək ekspozisiya zalında Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən məlumatları dinləyib, film izləyiblər.




Facebook-da paylaş


{sape_links}