• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş atletika üzrə rayon turniri keçirilib


Sentyabrın 28-də 44 günlük Vətən müharibəsi və tarixi Zəfərin birinci ildönümünə həsr olunmuş Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında atletika üzrə rayon turniri keçirilib.

Yarışdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov yarış iştirakçılarına uğurlar arzulayıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 400 metr məsafəyə qaçışda I yeri Əfəndiyev Kənan Samir oğlu, II yeri Yusifov Yusif Paşa oğlu, III yeri isə Səfərli İlkin Rahib oğlu tutub.

800 metr məsafəyə qaçışda I yerə Alməmmədov Ravin Ramil oğlu, II yerə Qocayev Dəyanət Cavanşir oğlu, III yerə isə Mərdalıyev Fərman Vüsal oğlu layiq görülüb.

Yarışda I, II, III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.








 

GOYEZEN.AZ



Facebook-da paylaş