Qazaxda “Könüllülər Kuboku” uğrunda mini-futbol və şahmat üzrə rayon turnirləri keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2021-ci il üçün
Vahid idman təqvim planına əsasən, 13-15 iyul 2021-ci il tarixlərdə 15-17 yaşlı
həvəskar idmançılar arasında "Könüllülər Kuboku” uğrunda mini-futbol üzrə rayon
turniri keçirilib.
COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq Qazax
Olimpiya İdman Kompleksinin açıq tipli mini-futbol meydançasında keçirilən
turnirdə 5 komanda iştirak edib.
Gərgin və maraqlı keçən yarışa ümumilikdə 49 nəfər idmançı qatılıb. I
yeri Qazax Gənclər 1 komandası, II yeri Qazax UGİŞM-nin komandası, III yeri isə
Qazax Gənclər 2 komandası qazanıb.
Yarışda I, II, III yerləri tutmuş komandaların üzvləri Qazax Rayon Gənclər
və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.
14-15 iyul 2021-ci il tarixlərdə isə Qazax Gənclər Evində "Könüllülər
Kuboku” uğrunda şahmat üzrə rayon turniri təşkil olunub. Yarışda ümumilikdə 20 nəfər
iştirak edib.
Gərgin və maraqlı keçən yarışda qızlar arasında Vəliyeva Əminə Rahib
qızı I yerə, Hüseynova Firəngiz İlham qızı II yerə, Məmmədli Aylin Elnur qızı
III yerə layiq görülüblər.
Oğlanlar arasında keçirilən yarışın nəticələrinə görə I yeri
Mustafayev Tapdıq Rəşid oğlu, II yeri Vəliyev Şəfayət Rahib oğlu, III yeri
Yusubov Məcid Kamran oğlu tutub.
Şahmat yarışında da I, II, III yerləri tutmuş idmançılar Qazax Rayon
Gənclər və İdman İdarəsinin müvafiq Diplom və medalları ilə
mükafatlandırılıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş