Əsas Səhifə > İdman > Qazaxda “Könüllülər Kuboku” uğrunda mini-futbol və şahmat üzrə rayon turnirləri keçirilib

Qazaxda “Könüllülər Kuboku” uğrunda mini-futbol və şahmat üzrə rayon turnirləri keçirilib


15-07-2021, 19:33


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2021-ci il üçün Vahid idman təqvim planına əsasən, 13-15 iyul 2021-ci il tarixlərdə 15-17 yaşlı həvəskar idmançılar arasında "Könüllülər Kuboku” uğrunda mini-futbol üzrə rayon turniri keçirilib.
COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq Qazax Olimpiya İdman Kompleksinin açıq tipli mini-futbol meydançasında keçirilən turnirdə 5 komanda iştirak edib.
Gərgin və maraqlı keçən yarışa ümumilikdə 49 nəfər idmançı qatılıb. I yeri Qazax Gənclər 1 komandası, II yeri Qazax UGİŞM-nin komandası, III yeri isə Qazax Gənclər 2 komandası qazanıb.
Yarışda I, II, III yerləri tutmuş komandaların üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.
14-15 iyul 2021-ci il tarixlərdə isə Qazax Gənclər Evində "Könüllülər Kuboku” uğrunda şahmat üzrə rayon turniri təşkil olunub. Yarışda ümumilikdə 20 nəfər iştirak edib.
Gərgin və maraqlı keçən yarışda qızlar arasında Vəliyeva Əminə Rahib qızı I yerə, Hüseynova Firəngiz İlham qızı II yerə, Məmmədli Aylin Elnur qızı III yerə layiq görülüblər.
Oğlanlar arasında keçirilən yarışın nəticələrinə görə I yeri Mustafayev Tapdıq Rəşid oğlu, II yeri Vəliyev Şəfayət Rahib oğlu, III yeri Yusubov Məcid Kamran oğlu tutub.
Şahmat yarışında da I, II, III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq Diplom və medalları ilə mükafatlandırılıblar.






















GOYEZEN.AZ


Geri qayıt