• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda mini futbol üzrə rayon turniri başa çatıb

Qazaxda mini futbol üzrə rayon turniri başa çatıb
Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq kənd komandaları arasında mini futbol üzrə rayon turniri başa çatıb.

Məlumat üçün qeyd edək ki, 16-20 iyul tarixlərində keçrilən turnirdə 8 komandadan 80 nəfər idmançı iştirak edib.

Qazax Olimpiya İdman Kompleksinin idman zalında keçirilən turnirdə Aşağı Əskipara kəndinin “Yeni qəsəbə” komandası I, Xanlıqlar kənd komandası II, Yuxarı Salahlı kənd komandası isə III yerə layiq görülüblər.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən turnirin qalibi olan komandaya kubok, medal və diplomlar, II və III yerin sahiblərinə isə müvafiq diplom və medallar təqdim olunub.

Qazaxda mini futbol üzrə rayon turniri başa çatıb
GOYEZEN.AZ


Facebook-da paylaş