Qazaxda 15 sentyabr–Bilik Gününə həsr olunmuş yeniyetmələr arasında dama üzrə rayon turniri keçirilib
Sentyabrın 14-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 15
sentyabr–Bilik Gününə həsr olunmuş yeniyetmələr arasında dama üzrə rayon
turniri keçirilib. Qazax Gənclər Evində açıq havada keçirilən turnir Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın tələblərinə
uyğun olaraq təşkil olunub. Tədbirdə ümumilikdə 18 nəfər
iştirak edib. Gərgin və maraqlı keçən yarışda oğlanlar arasında Qurbanlı Məhəmməd
Elşən oğlu I yeri, Əsgərzadə Hikmət Ramin oğlu II yeri, Hacıyev Yusif Möhlət
oğlu isə III yeri tutub. Qızlar arasında I yerə Nəsibli Aida İlqar qızı, II yerə Dəlibaşova
Sona Rahib qızı, III yerə isə Nəbiyeva Nərmin Anar qızı layiq görülüblər. Yarışda I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və
İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş