Əsas Səhifə > İdman > Qazaxda 15 sentyabr–Bilik Gününə həsr olunmuş yeniyetmələr arasında dama üzrə rayon turniri keçirilib

Qazaxda 15 sentyabr–Bilik Gününə həsr olunmuş yeniyetmələr arasında dama üzrə rayon turniri keçirilib


14-09-2021, 15:59


Sentyabrın 14-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 15 sentyabr–Bilik Gününə həsr olunmuş yeniyetmələr arasında dama üzrə rayon turniri keçirilib.

Qazax Gənclər Evində açıq havada keçirilən turnir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın tələblərinə uyğun olaraq təşkil olunub. Tədbirdə ümumilikdə 18 nəfər iştirak edib.

Gərgin və maraqlı keçən yarışda oğlanlar arasında Qurbanlı Məhəmməd Elşən oğlu I yeri, Əsgərzadə Hikmət Ramin oğlu II yeri, Hacıyev Yusif Möhlət oğlu isə III yeri tutub.

Qızlar arasında I yerə Nəsibli Aida İlqar qızı, II yerə Dəlibaşova Sona Rahib qızı, III yerə isə Nəbiyeva Nərmin Anar qızı layiq görülüblər.

Yarışda I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.











 

GOYEZEN.AZ


Geri qayıt