• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yeniyetmələr arasında velosiped idman növü üzrə rayon turniri keçirilib


İyulun 23-də Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında velosiped idman növü üzrə rayon turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda ümumilikdə 23 nəfər iştirak edib.

13 yaşadək yeniyetmələrin 300 metr məsafəyə fərdi yürüşündə Məmmədov Emil Süleyman oğlu I yeri, Eyyubov Murad Fariz oğlu II yeri, Hüseynzadə Mirəliabbas Rəşad oğlu isə III yeri tutub.

15 yaşadək yeniyetmələrin 600 metr fərdi mübarizəsində Qasımov Vaqif Xətai oğlu I yerə, Musayev Fərid Vüsal oğlu II yerə, Alıyev Cavid Ramin oğlu isə III yerə layiq görülüblər.

Qalib və mükafatçılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar. Digər yarış iştirakçılarına isə həvəsləndirici Sertifikatlar təqdim edilib.









 

GOYEZEN.AZ



Facebook-da paylaş