"Uğurunu paylaş" layihəsi start götürüb
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Uğurunu
paylaş" layihəsi start götürüb. Layihə çərçivəsində
Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat katibi, İctimai
Televiziyanın aparcısı Turanə Hüseynli ilə gənclərin "Televiziya
aparıcılığı" mövzusunda görüşü təşkil olunub. Görüşün qonağı televiziyaya
gəlişi, bu sahədə çalışmaq üçün vacib olan əsas bacarıqlar barədə danışıb və
təcrübəsini iştirakçılarla bölüşüb. Sonda gəncləri
maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş