• Təqvim

  • Unutma

  • Maraq



"Bizdən sonra siz" layihəsinə start verilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Bizdən sonra siz" layihəsinə start verilib.

Layihə çərçivəsində ilk görüşün qonağı Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi Cəmilə Qarayeva olub.

O, müəllimlik fəaliyyəti zamanı qazandığı uğur və təcrübələri gənclərlə bölüşüb, eyni zamanda qarşılaşdığı çətinliklər və həll yolları barədə danışıb. Görüşdə həmçinin gənclərin sualları cavablandırılıb.

 


GOYEZEN.AZ



Facebook-da paylaş