• Təqvim

  • Maraq



26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar gənclərə maarifləndirici flayerlər paylanılıb


Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır. 

İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Azərbaycanda narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da mütəmadi olaraq narkomaniyaya qarşı genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir.

İyunun 23-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş narkomaniya və narkobizneslə mübarizə məqsədilə flayerlərin paylanılması aksiyası həyata keçirilib.

Aksiyada 2 könüllü qrupun iştirakı ilə şəhərin müxtəlif ərazilərində gənclərə narkomaniya əleyhinə 250 ədəd flayer paylanılıb.






GOYEZEN.AZ



Facebook-da paylaş