Beynəlxalq Sağlamlıq Gününə həsr olunmuş onlayn görüş keçirilib
7 Aprel - Ümumdünya Sağlamlıq Günüdür----------------- Hər kəsə yaxşı məlumdur ki, 1950-ci ildən
başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər
il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan
müəyyən bir problemi diqqət mərkəzinə gətirir. Builki Ümumdünya Sağlamlıq Günü
"Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu gün Azərbaycan Respublikası İnsan Hüquqları üzrə
Müvəkkilinin Gəncə Regional Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin
Qazax nümayəndəliyi tərəfindən "Sağlam gəncliyimİZ" başlığı altında 7
Aprel - Beynəlxalq Sağlamlıq Gününə həsr olunmuş onlayn görüş keçirilib. Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi
Abbasov əlamətdar günün tarixi, bu sahədə qəbul olunan beynəlxalq sənədlər,
normativ-hüquqi aktlar barədə gənclərə ətraflı məlumat verib. O, həmçinin
ölkəmizdə bu sahədə mövcud durum haqqında danışıb. S.Abbasov icbari tibbi
sığortanın vacibliyi, onun tətbiqinin insanlarımızın sağlamlığı və sosial
durumunun yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım olmasını
vurğulayıb. Azərbaycanın
COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri
olduğunu qeyd edərək bu sahədə görülmüş işlərdən söz açıb. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin direktoru İsmayıl Süleymanov isə Qazax rayonunda mövcud olan
idman infrastrukturu, idmançılar, gənclərin sağlam inkişafı yönündə görülən
işlər barədə məlumat verib. Hazırda ölkəmizdə, respublikamızın bölgələrində COVID-19
pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən, həyata keçirilən
vaksinasiya prosesindən, onun əhəmiyyətindən və vətəndaşların üzərinə düşən məsuliyyətdən
danışıb.
GOYEZEN.AZ
Facebook-da paylaş