Qazaxda “1 mart Ümumdünya Mülki Müdafiə Günü” silsilə tədbirlərlə qeyd olunub
BMT 1972-ci ildən
dünyada 1 mart tarixinin Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunması barədə
qərar qəbul edib. Azərbaycan Respublikası 1993-cü ildə bu nüfuzlu humanitar təşkilata
üzv olub. Azərbaycan Respublikası Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv
seçilən gündən bu mötəbər qurumla sıx əməkdaşlıq edir. Azərbaycan dövləti fövqəladə
halların idarə olunmasında maddi-texniki bazanın gücləndirilməsi, kadr
potensialının daha da artırılması, fövqəladə hallara dair məlumat və fikir
mübadiləsinin aparılması, eləcə də beynəlxalq təcrübədə əldə olunmuş nailiyyətlərin
ölkəmizdə tətbiq edilməsində maraqlıdır. Qazax rayonu
ərazisində fəaliyyət göstərən fondlarda, səhmdar cəmiyyətlərdə, mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda "1
Mart - Ümumdünya Mülki Müdafiə Günü”nün "Uşaqların təhlükəsizliyi, bizim
məsuliyyətimiz” mövzusunda keçirilməsi ilə bağlı Qazax Rayon İcra
Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq
silsilə tədbirlər keçirilib. Tədbirlərdə Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Bahadur
İbrahimov, Gəncə Regional Mərkəzinin
maarifləndirmə sektorunun müdiri Elnur İmanov, mülki müdafiə idarəsinin mülki
müdafiə planlaşdırma şöbəsinin baş zabiti Yusif Babayev, Qızıl Aypara Cəmiyyəti
Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı iştirak ediblər. "1 Mart -
Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar ilk tədbir "Qaz İxrac” İdarəsinin Qazax
Magistral Qaz Kəmərləri Sahəsində keçirilib. "Uşaqların
təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda keçirilən tədbirdə sahənin
fövqəladə hallar komissiyasının sədri, baş mühəndis Mehman Məmmədov çıxış
edərək mülki müdafiənin rolu, məqsədi, fövqəladə halların qarşısının alınmasına
həmişə hazır olmağın vacibliyi haqqında məlumat verib. Sahədə təşkil olunmuş MM
əmlaklarının sərgisinə baxış keçirilib, işçilərlə maarifləndirici söhbətlər
aparılıb. Qazax Dövlət
Sosial-İqtisadi Kollecində də "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr
olunmuş tədbir keçirilib. Kollecin direktoru Elşad Quliyev "Uşaqların
təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusuna həsr edilmiş geniş məruzə ilə
çıxış edib. Qeyd edib ki, keçirilən tədbirlərin
əsas məqsədi vətəndaşları, xüsusilə də məktəbliləri maarifləndirmək, onlara
fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına necə riayət etməyi öyrətməkdən
ibarətdir. Sonra "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar
hazırlanmış videoçarx nümayiş olunub və sərgiyə baxış keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirdə də
günün qlobal problemi olan təbii fəlakətlərin qarşısının alınması
üçün görülən işlər haqqında məktəblilər maarifləndirilib. Uşaqların əl
işlərindən və rəsmlərindən ibarət sərgiyə baxılıb. "1 Mart -
Ümumdünya Mülki Müdafiə Günü” rayonun təhsil, səhiyyə və mədəniyyət
müəssisələrində də qeyd olunub. Keçirilən
tədbirlərdə respublikamızda, eləcə də rayonumuzda mülki müdafiə ilə əlaqdər
həyata keçirilən işlərdən danışılıb. Əhalinin fövqəladə hadisələrə hazır olması
baxımından bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığı qeyd
edilib. Bildirilib ki, mürəkkəb vəziyyətlərdə
gənclərin qətiyyətli davranması üçün onlara lazımi biliklərin öyrədilməsi və bu
sahədə hazırlanması təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələlərdən
biridir. Qazax rayonunun
coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərazisində hər an təbii və
texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq
rayonumuzda mülki müdafiə haqqında müvafiq Qanun və Qərarların icrasına diqqət
artırılmış, mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi
qaydalarına uyğun olaraq fövqəladə hadisələrdən mühafizəyə rayonun bütün
əhalisinin hazırlanması planlaşdırılmış və həyata keçirilir. Məqsəd rayon
ictimaiyyətinin diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və
həllinə yönəltməkdir. GOYEZEN.AZ
Facebook-da paylaş