Əsas Səhifə > Gənclər > Beynəlxalq Sağlamlıq Gününə həsr olunmuş onlayn görüş keçirilib

Beynəlxalq Sağlamlıq Gününə həsr olunmuş onlayn görüş keçirilib


7-04-2021, 18:47

7 Aprel - Ümumdünya Sağlamlıq Günüdür-----------------


Hər kəsə yaxşı məlumdur ki, 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir. Builki Ümumdünya Sağlamlıq Günü "Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. 

Bu gün Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən "Sağlam gəncliyimİZ" başlığı altında 7 Aprel - Beynəlxalq Sağlamlıq Gününə həsr olunmuş onlayn görüş keçirilib.


Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov əlamətdar günün tarixi, bu sahədə qəbul olunan beynəlxalq sənədlər, normativ-hüquqi aktlar barədə gənclərə ətraflı məlumat verib. O, həmçinin ölkəmizdə bu sahədə mövcud durum haqqında danışıb. S.Abbasov icbari tibbi sığortanın vacibliyi, onun tətbiqinin insanlarımızın sağlamlığı və sosial durumunun yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım olmasını vurğulayıb. Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğunu qeyd edərək bu sahədə görülmüş işlərdən söz açıb.


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov isə Qazax rayonunda mövcud olan idman infrastrukturu, idmançılar, gənclərin sağlam inkişafı yönündə görülən işlər barədə məlumat verib. Hazırda ölkəmizdə, respublikamızın bölgələrində COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən, həyata keçirilən vaksinasiya prosesindən, onun əhəmiyyətindən və vətəndaşların üzərinə düşən məsuliyyətdən danışıb.

 

GOYEZEN.AZ


Geri qayıt