YAP Qazax rayon Təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon
Təşkilatında fenomen şəxsiyyət, Azərbaycan dövlətinin və xalqının taleyində,
ölkənin hərtərəfli tərəqqisində, uğurlar qazanmasında müstəsna xidmətləri olan
ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, "Şöhrət”
ordenli, "Tərəqqi” medallı, dünya şöhrətli idmançı, Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, partiya fəalları, idarə,
müəssisə və təşkilat rəhbərləri, gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin təşkilatın
binasında yerləşən büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük
ehtiramla yad ediblər.
YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov tədbiri
giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı
naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan söz açıb.
Ölkəmizin ən yeni tarixinin bütöv bir dövrünün ulu öndər Heydər Əliyevin
şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu, onun Azərbaycana
30 ildən çox rəhbərliyi dövründə Azərbaycanın bütün sahələrdə böyük
inkişaf yolu keçdiyini bildirib. O, çıxışında Azərbaycanın dövlətçilik
tarixində ölçüyəgəlməz xidmətləri olmuş dahi şəxsiyyətin əziz xatirəsinin bu
gün də xalqın qəlbində əbədi yaşadığını qeyd edib. Vurğulayıb ki, azərbaycanlı
olması ilə həmişə fəxr edən Heydər Əliyev öz dühası ilə millətimiz üçün yeni
bir inkişaf yolunun təməlini qoyub. Dahi öndərin azərbaycançılıq məfkurəsi bu gün də xalqın xoşbəxtliyinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, ölkəmizin iqtisadi və mədəni inkişafına,
ordu quruculuğuna, bir sözlə, dövlətin hərtərəfli qüdrətlənməsinə xidmət edir. H.Pənaov qeyd edib ki, Azərbaycanın
dövlət suverenliyi və müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli
olaraq genişlənməsi və güclənməsi, beynəlxalq aləmə bərabərhüquqlu subyekt kimi
inteqrasiya prosesi hələ 1970-80-ci illərdə Heydər Əliyev tərəfindən yaradılmış
potensiala əsaslanır. Ötən əsrin 70-ci illərindən başlayaraq, bu imkanların
yaratdığı yüksəliş iqtisadi inkişafla paralel olaraq Azərbaycanı zəruri azadlıq
mübarizəsinə də hazırlamışdır. 1980-1990-cı illərin əvvəlində müstəqillik
hərəkatının geniş vüsət alması da məhz Heydər Əliyev dövründəki həmin tarixi
vüsətdən bəhrələnmişdir.
Ulu öndər Heydər Əliyev
ölkənin tərəqqisi, xalqın sosial və maddi rifahının yüksəldilməsi üçün mühüm
starteji layihələrin həyata keçirilməsi yönümündə uğurlu addımlar atmışdır.
1994-cü ilin 20 sentyabrında Bakıda dünyaca məşhur "Əsrin müqaviləsi”
imzalandı. İctimai-siyasi sabitliyin əsası qoyuldu. Ümumilli lider deyirdi:
"Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit
olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll
edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev yalnız bir dövləti idarə
edən siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük
ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır.
Onun bütün həyatı, fəaliyyəti, məqsəd və arzuları bu idealın dövlət
quruculuğu, tarix yaradıcılığı idealının ətrafında cəmlənmişdir.
Heydər Əliyev Azərbaycan elminin hamisi və böyük mütəfəkkir idi. Natiq çıxışında qeyd edib ki, bu
gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
dövlətimizin qüdrətlənməsi və nüfuzunun artması, xalqın maddi rifahının
yüksəlməsi naminə misilsiz xidmətlər göstərir. Bu gün Azərbaycan öz sözünü
deməyə qadir bir ölkədir. Müasir Azərbaycanın nail olduğu uğurlar vaxtilə onların
təməlini qoyan və inkişaf perspektivini istiqamətləndirən dünya şöhrətli siyasi
lider, xalqın böyük oğlu Heydər Əliyevin ölçüyəgəlməz fəaliyyətinin bəhrəsidir. Sonra YAP Qazax rayon Təşkilatının sədr müavini
Məmməd Yusifov, Şura üzvü Abbas Göyüşov, idarə heyətinin üzvü Novruz
Abdullayev, Gənclər Birliyinin sədri Kənan Hüseynli, Qadınlar Şurasının sədr
müavini Afət Eyyubova çıxış edərək ulu öndərin Azərbaycan xalqı və
dövləti qarşısındakı misilsiz xidmətlərdən söz açıblar. Ümummilli liderinölkənin elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsindəki misilsiz
xidmətlərindən söz açıblar. Azərbaycanda qeyd olunan sahələr üzrə qazanılan
uğur və nailiyyətlərin təməlində ulu öndərin qoyduğu siyasətin dayandığını
vurğulayıblar.
Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək ulu öndərin idman
sahəsindəki həyata keçirdiyi genişmiqyaslı işlərdən söz açıb. Bu gün
Azərbaycanda idman sahəsində olan yüksəlişin təməlində ulu öndərin vaxtilə
yürütdüyü idman siyasətinin dayandığını bildirib. Qeyd edib ki, bu gün biz
idmançılar fəxrlə söyləyə bilirik ki, ölkəmizdə idman sahəsi böyük inkişaf yolu
keçib və biz bu yolu ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu uğurlu
siyasət nəticəsində qət etmişik. Ulu öndərin layiqli davamçısı ölkə Prezidenti
İlham Əliyevin idman sahəsinə olan diqqət və qayğısı, ölkə idmanının inkişafı
naminə atdığı uğurlu addımlar bir daha sübut edir ki, ümummilli liderin
ideyaları bu gün də yaşayır. Biz idmançılar da öz növbəmizdə hər zaman
çalışırıq ki, ulu öndərin də istədiyi kimi Azərbaycanda idman sahəsini
layiqincə təmsil edək. Dövlət Himnimizi səsləndirək, üçrəngli Bayrağımızı ən
yüksək zirvələrdə dalğalandıraq. Çünki hər bir vətəndaşın borcudur ki, ulu
öndərin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətini göz bəbəyi kimi
qoruyub saxlayaq və gələcək nəsillərə ötürək. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarına rayon rəhbərliyinin salamlarını
çatdırıb. Qeyd edib ki, "Böyük şəxsiyyətlər dünyaya idrak, elm, mədəniyyət,
xalqının mənəviyyatını nümayiş etdirirlər” deyən dahi lider Heydər Əliyevin bu
sözlərini elə onun özünə istiqamətləndirmək daha doğru olardı. Çünki ömrünün
böyük bir hissəsini xalqına həsr edən ümummilli lider hakimiyyətdə olduğu hər
iki müxtəlif dövrdə yalnız Azərbaycanın inkişafı, çiçəklənməsi, onun
müstəqillik, demokratiya yoluna çıxarılması uğurunda daim çalışmış, mübarizə
aparmışdır. Onun getdiyi yol xalqın yolu idi və o, bu yolda azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı, müdrik siyasi xadim kimi tarix səhifələrində
silinməz iz qoymuş, milli dövlətçiliyimizin formalaşmasında,
möhkəmləndirilməsində və inkişafında misilsiz fəaliyyəti ilə hər birimizə örnək
olacaq bir ömür yaşamışdır. İstər sovet dövründə, istərsə də müstəqil
Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatımızın bütün sahələrində baş vermiş
köklü dəyişikliklər danılmaz fakt kimi göz önündədir. Odur ki, bu gün ölkəsini,
xalqını, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir
ki, bu millətin ulu öndər Heydər Əliyev kimi rəhbəri olub. Ən əsası isə odur
ki, bu millət, xalq var olduqca ümummilli lider daim qəlblərdə yaşayacaq, onun
Azərbaycan dövlətinin qüdrətlənməsi naminə gördüyü işlər yaddaşlardan heç vaxt
silinməyəcək. Bu gün Azərbaycan 10 milyonluq bir ölkə kimi bütün dünyada
tanınırsa, bu, ulu öndərin ideyaları yaşayır deməkdir. Onun yürütdüyü siyasətin
ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz
nümunəsidir. Ölkə rəhbərinin yürütdüyü siyasət nəticəsində dahi şəxsiyyətin
istək və arzularına uyğun olaraq Azərbaycanın bundan sonra da qüdrətlənməsi deməkdir. YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov
tədbirə yekun vuraraq ulu öndər, ümummilli lider Heydər Əliyevin əziz
xatirəsinin daim qəlblərdə yaşayacağını bir daha qeyd edib. Müstəqil
Azərbaycanın çiçəklənməsi naminə ölkə başçısına gələcək işlərində uğurlar
arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş