İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilib
Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında səsləndirir ki, “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!”. Ölkə rəhbərinin bu fikri hər kəsə örnəkdir. Bu, həm də Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğının əyani sübutudur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur. Bu həftə ərzində rayon üzrə 12 idarə və müəssisədən 7-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 320 nəfər vətəndaş qəbul edilib. Onlardan 171 nəfərin müraciəti müsbət həll olunub, 149 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 17 nəfər vətəndaş müraciəti olub. Onlardan 4 nəfər sənəd, 4 nəfər xəstəlik, 2 nəfər əlillik, 5 nəfər iş, 2 nəfər şəxsi məsələ ilə bağlı müraciət edib. 12 nəfərin istəyi yerində müsbət həll edilib. 5 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 138 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 91 nəfərin istəyi müsbət həll edilib, 47 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 138 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 44 nəfərin istəyi müsbət həll edilib, 94 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. "Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 3 nəfərin telefonun yenidən bərpa olunması, 1 nəfərin rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı istəkləri müsbət həllini tapıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etmiş 3 nəfərin kanalizasiya xəttindəki qəza, 3 nəfərin su xəttindəki qəza, 4 nəfərin suvarma suyu ilə təmin olunma barədə istəkləri müsbət həll edilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 3 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın sayğacın çox yazması, 1 nəfər vətəndaşın sayğacın çölə çıxarılması, 1 nəfər vətəndaşın pulun koda yüklənməsi, 3 nəfər vətəndaşın kartda bərpa olması, 2 nəfər vətəndaşın pulun karta yüklənməsi, 1 nəfər vətəndaşın sayğacın avtomatınn yanması, 1 nəfər vətəndaşın ad dəyişmə ilə əvəz olunması ilə bağlı müraciətləri müsbət həll olunub. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.
Facebook-da paylaş