• Təqvim

  • Maraq



Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı vətəndaşların müraciətlərini dinləyib


Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə öz əksini tapır. Bu, hər bir dövlət məmuruna nümunədir. Bu, eyni zamanda ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss edilir. 

Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.

İyulun 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Quşçu Ayrım və Aslanbəyli kəndlərindən müraciət etmiş 4 nəfər vətəndaşı fərdi qəbul edib. Qəbul zamanı Quşçu Ayrım kəndindən müraciət etmiş vətəndaşın işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etməsi bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilib. Aslanbəyli kəndindən müraciət edən sakinlərin şəkərli diabet xəstələrinin dərman təminatı barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağı bildirilib.



Facebook-da paylaş