Şəhid Əlləz Əlləzovun üç mərasimi keçirilib
Martın 26-da
Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində
törətdikləri təxribatlar nəticəsində Füzuli rayonu istiqamətində Azərbaycan
Ordusunun hərbi qulluqçusu, həmyerlimiz Yuxarı Salahlı kənd sakini Əlləzov
Əlləz Ələddin oğlu şəhid olub. Bu gün
Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan
hərbçimiz – Əlləzov Əlləz Ələddin oğlunun doğulduğu Qazax rayonunun
Yuxarı Salahlı kəndində üç mərasimi keçirilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və generallar şəhidin üç mərasimində
iştirak ediblər. Şəhidin atası Əlləddin
Əlləzovla görüşüb, başsağlığı veriblər. Bütün şəhidlərimiz kimi, onun övladının
da xatiəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını
bildiriblər. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə hər
zaman diqqət və qayğı göstərdiyini qeyd ediblər. Bildiriblər ki, bütün şəhid
ailələrinə qayğı ilə yanaşmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Şəhidin atası da öz növbəsində onlara göstərdiyi diqqət və qayğıya görə ölkə
başçısına ailəsi adından minnətdarlığını bildirib.
Facebook-da paylaş