• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşın müraciətinə yerində baxılıb


Bu gün genişmiqyaslı tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazaxda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaşların müraciətlərinə operativ şəkildə cavab verilməsi, vətəndaşın istəyinə əsasən yerində baxış keçirilməsidir.

Son iki il yarımda icra başçısının vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi bunun əyani sübutudur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün daha bir vətəndaşın – Çaylı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Bənnayev Aqif Ələsgər oğlunun müraciətinə əsasən yerində baxış keçirib.

Vətəndaşın həyətyanı torpaq məsələsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri qaldırılan məsələnin obyektiv şəkildə araşdırılmasını bildirib və aidiyyəti üzrə tapşırıq verib. Tapşırığa əsasən həmin məsələ yerindəcə öz müsbət həllini tapıb.



GOYEZEN.AZ

 



Facebook-da paylaş