• Təqvim

  • Unutma

  • Maraq



Bağçada təmir işlərinə başlanılıb

Bağçada təmir işlərinə başlanılıb
Qazax rayonunda həyata keçirilən tikinti-abadlıq işləri sırasında yeni bağça binalarının tikilməsi və yaxud əsaslı şəkildə təmir olunması xüsusi yer tutur. Rayon rəhbərliyi bu istiqamətdə yaddaqalan işlər həyata keçirir, körpələrin yüksək şəraitdə təlim-tərbiyə almaları üçün əlindən gələni əsirgəmir.

Bunun bariz nümunəsini şəhər mərkəzində, eləcə də kəndlərimizdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası bunun bariz nümunəsidir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ötən ilki ənənəni bu il də davam etdirir. Qazaxdakı bütün bağça binalarının əsaslı şəkildə təmir olunmasını bir vəzifə kimi irəli sürmüş rayon rəhbərliyinin tapşırığı ilə əsaslı şəkildə təmir olunan şəhər 2 saylı uşaq bağçasında işlər yekunlaşmaq üzrədir.

İcra Başçısı şəhər 3 saylı körpələr evi-uşaq bağçasının körpələrin təlim-tərbiyə almaları üçün olduqca yararsız vəziyyətini nəzərə alaraq bağçanın başqa binaya köçürülməsi barədə göstəriş verib. Bu məqsədlə bağça üçün vaxtilə təhsil şöbəsinin yerləşdiyi bina ayrılıb. Artıq bir neçə gündür ki, burada təmir işlərinə başlanılıb.

Bu gün İcra Başçısı həmin binaya gələrək təmir işlərinin gedişatı ilə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, binanın damı başdan-başa sökülmüş və yeni metal örtüklə örtülmüşdür. Binanın daxili hissəsində də söküntü işləri aparılır. Bu məqsədlə lazım gələn yerlər sökülür, tələbata uyğun hala salınır.

İcra Başçısı Rəcəb Babaşov təmir işləri ilə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

Bağçada təmir işlərinə başlanılıb
Bağçada təmir işlərinə başlanılıb
Bağçada təmir işlərinə başlanılıb
Bağçada təmir işlərinə başlanılıb
Bağçada təmir işlərinə başlanılıb
Bağçada təmir işlərinə başlanılıb


Facebook-da paylaş