Qazaxda çoxmənzilli binaların təmiri uğurla davam edir
Bu gün "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Qazaxda uğurla icra olunur. Rayonda
aparılan abadlıq və quruculuq işləri, xüsusilə də çoxmənzilli yaşayış
binalarının əsaslı şəkildə təmir olunması geniş vüsət alıb. Rayonda ölkə
başçısı İlham Əliyev tərəfindən imzalanan çoxsaylı Sərəncamların uğurla icra
olunmasının nəticəsidir ki, təmir olunan yaşayış binalarının sayı gündən-günə
artır. Respublika Prezidentinin imzaladığı 20 oktyabr 2016-cı il tarixli
Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir
olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli
yaşayış binalarında əsaslı təmir işlərinin aparılması bunun əyani sübutudur. Dövlət
başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam
örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4
oktyabr 2018-ci il tarixli Sərəncamı isə bu istiqamətdə görülən işlərin
uğurla davam etdirilməsi deməkdir.
Bu gün
rayonda təmir olunan binalara misal olaraq Heydər Əliyev prospektində yerləşən
5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18
mənzilli 63 nömrəli, 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli, "Hərbi
şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60 və
64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan
ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən
6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində
yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan
ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət
olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını və onlarca belə binaları
göstərmək olar.
Dövlət başçısının
müvafiq Sərəncamına əsasən təmir olunan yaşayış binalarından biri də N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli,
1 saylı binadır. Artıq 1 həftədən çoxdur ki, binanın blokları ilə yanaşı,
həyətində də abadlıq işlərinə başlanılıb. Bloklarda köhnə suvaq çapılaraq
tökülür və yenidən suvaq işi aparılır. Elektrik, qaz və rabitə xətləri səliqəyə
salınır. Binanın həyətində sakinlərin istəyini nəzərə alaraq xeyir-şər evi tikilir.
Həmçinin həyətdəki qarajlar da təmir olunur. Belə ki, bütün qarajların xarici
fasadları suvanır, üzlük vurularaq yenidən rənglənir.
Ə.Şıxlinski
küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası
olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada da əsaslı
şəkildə təmir işləri aparılır. Bu binanın da xarici fasadında, bloklarında
yüksək səviyyədə təmir işlərinə başlanılıb. Uzun müddət baxımsızlıq ucbatından
yararsız hala düşmüş bina bu gün müasir görkəmə salınır. Bunun üçün istər
bloklarda, istərsə də binanın həyətində abadlıq işləri görülür.
Məlumat
üçün qeyd edək ki, şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu,
5 mərtəbəli, 36 ailənin, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5
mərtəbəli, 30 ailənin yaşadığı binaların da dam örtükləri dəyişdirilir.
Yaşadıqları
binanın təmir olunmasını sevinc hissi ilə qarşılayan sakinlər respublikamızda,
eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, eləcə də çoxmənzilli
binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham
Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər. Dövlət
başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını bildirən bina
sakinləri çoxmənzilli binaların təmiri ilə bağlı imzalanmış Sərəncamların
rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş