İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir
Bu gün
Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə
kəndlərdə yerləşir. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış
yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər
bağçalarından 1,2, 3, 4 və 5 saylı körpələr evi-uşaq bağçaları, Daş Salahlı
kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları,
Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları tikilmiş və
əsaslı təmir olunan bağçalar sırasındadır.
Məlumat
verdiyimiz kimi, artıq 2 həftədən çoxdur ki, İkinci Şıxlı kənd 2 saylı körpələr
evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına
başlanılıb.
İstifadəyə
verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız
hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bağçada ilk gündən tikinti
işləri sürətlə davam etdirilir.
İşlərin
sürətlə aparılmasının nəticəsidir ki, bağça binasında əsas işlərin xeyli
hissəsi görülüb. Belə ki, bütün otaqlarda olan köhnə suvaqlar çapılaraq
tökülüb, köhnə qapı və pəncərələr, tavan və döşəmə sökülüb. Əlavə
tikiləcək qrup otaqlarının hörgü işləri başa çatıb. Bundan əlavə, yeni
pəncərələr quraşdırılıb.
Hazırda
binanın dam örtüyü vurulur. Daxili və xarici fasadda suvaq işləri görülür. Yeni
su-kanalizasiya xətti çəkilir və işlər yekunlaşmaq üzrədir.
GOYEZEN.AZ
Facebook-da paylaş