Millət vəkili Ülviyyə Ağayeva Qazaxda Vətən müharibəsi şəhidlərinin məzarlarını və ailələrini ziyarət edib
2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında
başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın mərd, qəhrəman övladları 44
gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni
torpaqlarımızdan qovdular. Rəşadətli ordumuzun şücaəti sayəsində doğma
Qarabağımız, eləcə də digər yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni
işğalından azad edildi. Neçə-neçə Vətən oğulları xalqımızın 30 illik yurd
həsrətinə son qoymaq üçün döyüş meydanına atıldı. Göstərdikləri
qəhrəmanlıqlarla, şücaətlə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar. "Qarabağ Azərbaycandır!” şüarı Qazaxın igid,
mərd, cəsur oğullarının da dillər əzbəri, həyat amalı oldu. Bu şüarı əldə
rəhbər tutan igid, vətənpərvər oğullarımız torpaqlarımızın ərazi bütövlüyü
uğrunda aparılan Vətən müharibəsində əsl qəhrəmanlıq göstərdilər. Vətən müharibəsinin
şəhidi olaraq adlarını hərb tariximizə qızıl hərflərlə əbədi yazdılar. Torpaq
uğrunda candan keçməyin, Şəhidlik zirvəsinə yüksəlməyin uca bir məqam olduğunu
bizlərə, gələcək nəsillərə miras qoyan oğullarımızla bu gün hər birimiz fəxr
edirik. Ən əsası da ölkə vətəndaşı olaraq igid Vətən oğullarının xatirəsini
əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi, sahib çıxmağı özümüzə borc
bilməli, bu yolda üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə
çalışmalıyıq. Noyabrın 9-da Milli Məclisin deputatı Ülviyyə
Ağayeva köməkçisi Arzu Musayeva, Qazax Rayon
İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva ilə birlikdə Çaylı və Bala Çaylı
kəndlərindən olan Vətən müharibəsi şəhidlərinin məzarlarını və ailələrini
ziyarət edib. Şəhidlərimizin
şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan millət vəkili igid
Vətən oğullarının qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının
qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını
bildirib. Ölkə Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli
Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan millət vəkili həmin
qələbədə payı olan Qazaxın qəhrəman oğulları ilə hər birimizin fəxr etdiyini
bildirib. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə,
qazilərimizə borclu olduğumuzu qeyd edib. "Şəhidlərimiz bizim baş tacımız, fəxrimiz,
qürurumuzdur. Bugünkü qələbəmizə görə şəhidlərimizə və sağlamlığını itirən
qazilərimizə borcluyuq”, - deyən Milli Məclisin deputatı Ülviyyə
Ağayeva bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini
söyləyib, ailələrinə bir daha başsağlığı verib. Torpaq uğrunda canından keçən
vətənpərvər oğullar böyüdən ata və analarımızla hər birimizin fəxr etdiyini
bildirib. Qanları ilə tarix yazan oğullarımızın döyüş yolunun, həyatının, Vətən
üçün göstərdikləri qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasının ən ümdə
vəzifə olduğunu vurğulayıb. Bugünkü şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş
Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə,
hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə,
qazilərimizə minnətdar olduğumuzu bir daha qeyd edərək şəhidlərimizə Allahdan
rəhmət, ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı arzulayıb. Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə
göstərilən diqqət və qayğını yüksək qiymətləndirən şəhid ailələri həmin qayğıya
görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını bildiriblər. Şəhidlərin döyüş meydanında göstərdikləri
igidliklərini qiymətləndirərək orden və medallara layiq görülməsini, adlarının
əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Ölkə
başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan
qayğılarını rayon rəhbərliyi tərəfindən hər zaman hiss etdiklərini bildiriblər.
Şəhid ataları, anaları bütün şəhidlərimizlə qürur duyduqlarını, onlarla fəxr
etdiklərini dilə gətiriblər. Torpaqlarımızın azad olunması ilə bütün
şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və
bunu özlərinə təsəlli bildiklərini söyləyiblər. Ölümündən sonra "Azərbaycan
Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”,"Kəlbəcərin
azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd
sakini, şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”,
"Xocavəndin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Cəbrayılın azad
olunmasına görə” medalları ilə təltif olunmuş,
Çaylı kənd sakini, şəhid əsgər Qocayev Niftalı Zakir oğlu Ölümündən sonra "Vətən uğrunda”, "Hərbi xidmətlərə
görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın
azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər
Allahverdiyev Sakit Şahin oğlu Ölümündən
sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə
görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları
ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət
oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş,
Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlu GOYEZEN.AZ
Facebook-da paylaş