• Təqvim

  • Maraq



Qazaxda “44 günlük Vətən müharibəsinin Qəhrəmanlarını tanıyaq və tanıdaq” adlı layihəyə start verilib


"Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi ilə "44 günlük Vətən müharibəsinin Qəhrəmanlarını tanıyaq və tanıdaq” adlı layihəyə start verib.

Layihənin icrası çərçivəsində oktyabrın 26-da 44 günlük Vətən müharibəsində Qazax rayonunun Çaylı və Bala Çaylı kəndlərindən olan 5 şəhidin məzarları və ailələri ziyarət olunub.

Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlununölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Qocayev Niftalı Zakir oğlununölümündən sonra "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlununölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun Çaylı kəndindəki Şəhidlər xiyabanında yerləşən məzarları ziyarət edilərək tər qərənfillər düzülüb. İgid Vətən oğullarının ruhlarına dua oxunub, əziz xatirələri ehtiramla anılıb.

 

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin müəllifi olan Ali Baş Komandan İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuz vurğulanıb. Bu gün vətəndaş olaraq hər birimizin Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalı olduğumuz qeyd edilib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının, hörmət və ehtiramın hər kəs üçün örnək və nümunə olduğu diqqətə çatdırılıb.





 

GOYEZEN.AZ



Facebook-da paylaş