• Təqvim

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi! Haqq səsimizi bütün dünyaya çatdıran Qarabağ adlı savaşımız! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı böyük tarixi Qələbə! Bu, o qələbədir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və mərdliyi ilə Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini və şanlı Qələbəmizi bütün dünyaya çatdırdı. Bu gün hər birimiz qalib ölkənin vətəndaşı olaraq Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Zəfərlə sevindirən şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, yaralı qazilərimizə minnətdarıq.

44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazan igid Vətən oğullarının, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirələrini əziz tutmaq hər birimizin borcudur.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri də şəhidlərimizi, qazilərimizi, onların ailələrini daim diqqətdə saxlayırlar. Fəaliyyətə başladıqları ilk gündən start verilən ənənə bu gün də davam etdirilir. Mütəmadi olaraq, "VətənimİZ” layihəsi çərçivəsində şəhidlərimizin məzarlarını ziyarət edir, ailələrinə baş çəkir, onlara olan vətəndaşlıq borclarını qaytarırlar.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri bu dəfə "VətənimİZ” silsilə fəaliyyətləri çərçivəsində İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Qazax rayonunun Qaymaqlı, Aslanbəyli, Yuxarı Salahlı, Orta Salahlı, Birinci Şıxlı İkinci Şıxlı kəndlərindən olan igid Vətən oğullarının məzarlarını ziyarət ediblər. Gənclər şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, igid Vətən oğullarının ruhlarına olan ehtiramlarını bildiriblər.

"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Qaymaqlı kənd sakini, şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlunun məzarı




Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə”  və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun məzarı




"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun məzarı


"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid əsgər Abdullayev Taleh Temraz oğlunun məzarı



"Vətən uğrunda”, "Laçının azad olunmasına görə” "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid leytenant Bayramlı Elmar İsa oğlunun məzarı



 "Vətən uğrunda” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlunun məzarı


İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun Birinci Şıxlı kəndindən şəhid olmuş igid Vətən oğullarının məzarları

"Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş kapitan Pənahov Rövşən Mahmud oğlu, "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu, "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Qurbanov Davud Tariyel oğlu, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Nəsibov Nicat Səməd oğlu, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Həsənov Babək Saleh oğlu, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Mustafayev Merik Musa oğlu






 

İkinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun İkinci Şıxlı kəndindən şəhid olmuş igid Vətən oğullarının məzarları

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlu, "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlu



GOYEZEN.AZ



Facebook-da paylaş