Vətən müharibəsində iştirak edən və uca zirvəyə yüksələn 19 yaşlı qazaxlı şəhidimiz
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi! Haqq səsimizi bütün dünyaya
çatdıran Qarabağ adlı savaşımız! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında
şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı böyük tarixi Qələbə! Bu, o qələbədir
ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və
mərdliyi ilə Azərbaycan dövlətinin
gücünü, ordumuzun qüdrətini və şanlı Qələbəmizi
bütün dünyaya çatdırdı. Bu gün hər birimiz qalib ölkənin vətəndaşı olaraq Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Zəfərlə sevindirən
şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda
canından keçən şəhidlərimizə, yaralı qazilərimizə minnətdarıq.
Qarabağ uğrunda
gedən Vətən müharibəsinin qəhrəmanlarından biri də 19 yaşlı şəhid əsgər Məmmədov Əvəz Elnur oğludur.
Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi sgər Əvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Vətənə olan xidməti
borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin
döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən
yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda” medalı ilə təltif olunmuşdur.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda
canlarınıqurban
vermiş, qəhrəmancasına həlak olmuş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsini hər zaman ehtiramla yad etmək, onları tanımaq və
tanıtmaq, daim qəlbimizdə yaşatmaq vətəndaş olaraq hər birimizin müqəddəs borcu
olmalıdır. "Bu Vətən
bizimdir!” deyib canından keçən igid şəhidimiz Əvəz Məmmədovun xatirəsini də dərin
ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Bütün şəhidlərimiz kimi Əvəz də
hər an bizim qəlbimizdədir, o, ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!.
GOYEZEN.AZ
Facebook-da paylaş