Qazax Sement Zavodu tərəfindən İkinci Qarabağ müharibəsinin yaralılarına sovqat çatdırılması davam edir
Ermənistan
silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti
təxribatçılıq əməllərinə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında
rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları
nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi
Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdı. 44 gündə əldə etdiyimiz
nailiyyətlər Azərbaycan dövlətinin və ordusunun gücünü göstərdi. Qələbə
xalqımıza asan başa gəlmədi, şəhidlərimiz, yaralılarımız oldu. Azərbaycanın elə
bir bölgəsi tapılmaz ki, orada Vətən müharibəsinin ağrısı, acısı hiss
olunmasın.
Dekabrın 10-da Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını
izləyən hər kəs bir daha şahidi oldu ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
İllər ötsə belə Ali Baş Komandanın rəhbərliyi
altında rəşadətli Azərbaycan Ordusunun sayəsində qazandığımız tarixi Qələbə hər
zaman qürur hissi ilə xatırlanacaq. Bizləri böyük Zəfərlə sevindirən Ali
Baş Komandana və igid Vətən oğullarına minnətdar olacağıq.
Bizləri böyük tarixi Qələbə ilə sevindirən,
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi,
onların ailələrini, Vətən naminə fiziki sağlamlıqlarını itirmiş yaralı
qazilərimizi yad etmək, qayğı göstərmək, diqqət ayırmaq hər birimizin ən ümdə
işi olmalıdır.
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki,
xeyirxah əməlləri ilə seçilən "Qazax Sement Zavodu” MMC İkinci
Qarabağ müharibəsinin iştirakçısı olmuş, yaralanmış və xəsarət almış
qazilərimizi yad edir. Ölkə Prezidenti İlham Əliyevin "Biz
birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, Qazax
Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan zavod
rəhbərliyi yaralı qazilərimizə evlərində baş çəkir, onlara qayğı göstərirlər.
Qazax Rayon İcra Hakimiyyətinin və zavodun
əməkdaşları rayonun daha 8 kəndində Daş Salahlı, Alpout, Abbasbəyli, Fərəhli, Quşçu Ayrım,
Dəmirçilər, Ürkməzli, Canalı kəndlərində olublar.
Yaralılarımızla, onların ailə üzvləri ilə görüşüb, müxtəlif ərzaq
məhsullarından ibarət sovqat çatdırıblar.
Ziyarət
zamanı Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və
zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri
üzərində qazanılan inamlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham
Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub. Vətən müharibəsində iştirak edən şanlı Azərbaycan Ordusunun bütün
əsgər və zabitləri, hərbçiləri ilə başda Ali Baş Komandan olmaqla, bütün
Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu vurğulayıblar.
Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə
göstərilən diqqət və qayğıya görə razılıq edən yaralılarımızın ailələri ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını bildiriblər. Göstərilən dəstəyə və bu cür təşəbbüsü həyata
keçirən "Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə təşəkkürlərini
çatdırıblar. Yaralılara və ailələrinə göstərilən qayğıya görə rayon
rəhbərliyinə razılıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, yaralılarımıza sovqat
çatdırılması davam edir.
GOYEZEN.AZ
Facebook-da paylaş