Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsinin qazaxlı şəhidi çavuş Elməddin Pənahovun ailəsini və məzarını ziyarət ediblər
Şəhidlərimizi
tanıyaq və tanıdaq----------------------------------- Azərbaycanın
parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi! Haqq səsimizi bütün
dünyaya çatdıran Qarabağ adlı savaşımız! Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan
Ordusunun xalqımıza yaşatdığı böyük tarixi Qələbə! Bu, o qələbədir ki, cənab
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və
mərdliyi ilə Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini və şanlı Qələbəmizi
bütün dünyaya çatdırdı. Bu gün hər birimiz qalib ölkənin vətəndaşı olaraq Müzəffər
Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Zəfərlə sevindirən şanlı
ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən
şəhidlərimizə, yaralı qazilərimizə minnətdarıq. Vətən, dövlət və xalq qarşısında öz borcunu layiqincə sonadək ödəyib
qəhrəmanlıq nümunəsi göstərən, Şəhidlik zirvəsinə yüksələn oğullarımızın xatirəsini
yad etmək, onların ailələrinə diqqət və qayğı göstərmək isə hər birimizin vətəndaşlıq
borcudur. Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov da İkinci
Qarabağ müharibəsində Vətənə, dövlətə olan borcunu ləyaqətlə yerinə yetirən şəhid
çavuş Pənahov Elməddin Məqsəd oğlunun ailəsini və məzarını ziyarət
ediblər. Qəhrəmanlıq nümunəsi
göstərib uca zirvəyə yüksələn şəhidimizin doğulub boya-başa çatdığı Ürkməzli kəndində
olub, ailəsinə baş çəkiblər. İgid Vətən oğlunun
kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edərək qəbri üstünə tər qərənfillər
düzüb, şəhidimizə olan ehtiramlarını bildiriblər. Sonra şəhid Elməddin
Pənahovun evinə gələrək onun ailəsi ilə həmsöhbət olub, Mərkəzin kollektivi
adından şəhidin yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Bu gün
hər birimizin torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Elməddin
Pənahov kimi oğullarımızla fəxr etdiyimizi, onların əziz xatirəsini daim uca
tutduğumuzu, ruhları qarşısında baş əydiyimizi söyləyiblər. Azadlıq,
müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimizin hər zaman bizim qəlbimizdə
əbədi yaşayacağını dilə gətiriblər. Ölkə
Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və
rayon rəhbərliyinin şəhidlərimizə və ailələrinə göstərdikləri qayğının hər birimiz
üçün örnək olduğunu diqqətə çatdırıblar. Şəhidimizin ailəsini ziyarət etməyi və
qayğı göstərməyi özlərinə borc bildiklərini bir daha ifadə ediblər. Məlumat üçün qeyd edək ki, şəhid çavuş Elməddin Pənahov 7 sentyabr
1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1991-ci ildə
Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin I sinfinə daxil olmuş,
1999-cu ildə həmin məktəbin VIII sinfini bitirmişdir. 2001-ci ilin oktyabr
ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.2003-cü ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü
ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
(MAHHXHQ) kimi xidmət
etmişdir. "N” saylı hərbi hissənin tuşlayıcısıMAHHXHQ çavuş Elməddin Pənahov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına
şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn
olunmuşdur. Ailəliydi. İlkin və Ömər adlı 2 azyaşlı oğul övladı yadigar qalıb.
Böyük övladı Ürkməzli kənd tam orta məktəbin II sinfində oxuyur. Kiçik oğlu isə
azyaşlıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən
torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan
Elməddin Pənahovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən
də yüksək qiymətləndirildi. Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş