Qazaxda İkinci Qarabağ müharibəsinin qaziləri ilə gənclərin onlayn görüşü keçirilib
Qazax Rayon
Gənclər və İdman İdarəsi tərəfindən yeniyetmə və gənclər arasında vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədilə İkinci Qarabağ müharibəsinin
qaziləri Adıgözəlov Vüsal Bəşir oğlu, Musayev Tural Əlövsət oğlu və Heydərov Azər
Nəsimi oğlu ilə gənclərin onlayn görüşü keçirilib. Görüş
iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə sinəsini
düşmən gülləsinə sipər edərək, qəhrəmancasına şəhid olmuş igid Vətən
oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qazax Rayon
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq
iştirakçıları salamlayıb, görüşün əhəmiyyəti haqqında gənclərə ətraflı məlumat
verib. Hərb tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsinin,
haqq səsimizi dünyaya çatdıran Vətən müharibəsinin Azərbaycan xalqının
yaddaşına əbədi həkk olunduğunu diqqətə çatdırıb. Bu gün vətəndaş olaraq hər
birimizin Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında bizi Qələbə ilə sevindirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə,
hərbçilərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə
minnətdar olduğumuzu bildirib. Qazax Rayon
Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, İkinci Qarabağ müharibəsi
qaziləri Tural Musayev, Vüsal Adıgözəlov, Azər Heydərov, "Şəhid kapitan
Mühüd Orucov adına Tədris Mərkəzi”nin direktoru Gülanə Hüseynova, fəal gənclər
Şəhadət Abbasov və Ülvi Zeynalov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətli
rəhbərliyi ilə şanlı ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad
olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açıblar.
Müzəffər ordumuzun qazandığı tarixi Qələbə ilə 30 illik işğala və həsrətə son
qoyulduğunu bildiriblər. Ölkə Prezidenti cənab İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva və Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov tərəfindən şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi
veteranlarına və əlillərinə göstərilən diqqətə və qayğıya görə
minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş