Əsas Səhifə > Gənclər > Qazaxda İkinci Qarabağ müharibəsinin qaziləri ilə gənclərin onlayn görüşü keçirilib

Qazaxda İkinci Qarabağ müharibəsinin qaziləri ilə gənclərin onlayn görüşü keçirilib


12-02-2021, 15:44


Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədilə İkinci Qarabağ müharibəsinin qaziləri Adıgözəlov Vüsal Bəşir oğlu, Musayev Tural Əlövsət oğlu və Heydərov Azər Nəsimi oğlu ilə gənclərin onlayn görüşü keçirilib.

Görüş iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə sinəsini düşmən gülləsinə sipər edərək, qəhrəmancasına şəhid olmuş igid Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, görüşün əhəmiyyəti haqqında gənclərə ətraflı məlumat verib. Hərb tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsinin, haqq səsimizi dünyaya çatdıran Vətən müharibəsinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu diqqətə çatdırıb. Bu gün vətəndaş olaraq hər birimizin Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bizi Qələbə ilə sevindirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu bildirib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, İkinci Qarabağ müharibəsi qaziləri Tural Musayev, Vüsal Adıgözəlov, Azər Heydərov, "Şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzi”nin direktoru Gülanə Hüseynova, fəal gənclər Şəhadət Abbasov və Ülvi Zeynalov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açıblar. Müzəffər ordumuzun qazandığı tarixi Qələbə ilə 30 illik işğala və həsrətə son qoyulduğunu bildiriblər. Ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını bildiriblər.





 


 

GOYEZEN.AZ


Geri qayıt