Gənclər "ZəfərimİZ" layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə görüşüblər
Oktyabrın 20-də Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə
"ZəfərimİZ" layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə
görüş keçirilib. Tədbirdə "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin
Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Vətən müharibəsi iştirakçılarından
- "Vətən uğrunda”,"Füzulinin azad olunmasına
görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Vətən müharibəsi qazisi, mayor Xəyyam Əliyev, "Füzulinin
azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Vətən
müharibəsi qazisi, leytenant Tural Vəliyev, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə
təltif olunmuş, Vətən müharibəsi qazisi, leytenant Elvin Carçıyev, "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına
görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin
azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Şücaətə görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı əsgər Fəqan Nəsibov, "Laçının azad olunmasına
görə”, "Qubadlının azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları təltif olunmuş, Vətən müharibəsi iştirakçısı əsgər Elvin Nəsibli iştirak ediblər.
Qonaqlar görüşdə İkinci
Qarabağ müharibəsində qazandığımız tarixi qələbə və döyüş yollarından bəhs ediblər.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində qəhrəman
oğullarımızın göstərdiyi şücaətdən danışaraq illər ötsə belə həmin qəhrəmanlığın
dillər əzbəri olacağını söyləyiblər. Çıxışlarda vurğulanıb ki, Ali
Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən
torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə,
canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə
üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi,
qazilərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işi olmalıdır. Səmimi söhbət əsasında
keçən görüşdə Vətən müharibəsi iştirakçıları gənclərimizi maraqlandıran
sualları da cavablandırıblar. Sonda müharibə
qəhrəmanlarına Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi
tərəfindən Təşəkkürnamələr təqdim olunub. Məlumat üçün onu da qeyd
edək ki, Elvin Nəsibli həm də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin könüllüsüdür.
GOYEZEN.AZ
Facebook-da paylaş