• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü keçirilib

Oktyabrın 20-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq 44 günlük Vətən müharibəsi iştirakçıları ilə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin görüşü keçirilib.

Qazax Gənclər Evində təşkil olunmuş görüşdə Vətən müharibəsi iştirakçılarından "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”"Cəsur döyüşçü” medalları ilə təltif edilmiş əsgər Mərdanov Nicat Tahir oğlu"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”"Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş kiçik gizir Cəfərov Cəfər Kamandar oğlu"Laçının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Həsənov Xalid Davit oğlu"Cəbrayılın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Qurbanov Sahib Hasanalı oğlu"Cəbrayılın azad olunmasına görə”"Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Dəlləkov Məhərrəm Nəsib oğlu iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Görüşdə Real TV-nin təşkilatçılığı ilə lentə alınan "Dəmir Yumruq” sənədli filmi nümayiş etdirilib. Filmdə Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgiylə cavab verdiklərindən bəhs edilir. Həmçinin filmdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb.



 

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsi dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. V.Nəbiyev bildirib ki, bütün dünya 44 günlük müharibədə şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq və məharət göstərdi. 44 günlük Vətən müharibəsi öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu və yenilməz Ermənistan ordusu mifini darmadağın etdi. V.Nəbiyev Qələbəmizi təmin edən Ali Baş Komandan İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə, hərbçilərimizə, qanları ilə tarix yazan şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.

Sonda Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan söz açaraq məktəbliləri maraqlandıran sualları cavablandırıblar.


 

GOYEZEN.AZ



Facebook-da paylaş