• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər


Qazaxda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Qarabağın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində şəhid olan rayon sakinlərinin ailələrini mütəmadi olaraq ziyarət edir, qayğıları ilə maraqlanırlar.

Müqəddəs Qurban bayramı ərəfəsində də Vətənimizin bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarının ailələrinə baş çəkiblər.

Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanovun, rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının iştirak etdiyi görüşlərdə şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı qeyd olunub. Bu gün hər birimizin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, Vətən yolunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə borclu olduğumuz diqqətə çatdırılıb. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərinin, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz bütün şəhidlərimizn heç vaxt unudulmayacağı söylənilib.

Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran igid Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə daim qayğı göstərməyin hər birimizin üzərinə düşən ən ümdə iş olduğu diqqətə çatdırılıb.

Şəhərdə, eləcə də rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Qaymaqlı, Aslanbəyli, Orta Salahlı, Daş Salahlı, Bala Çaylı, Çaylı, Fərəhli, Alpout, Dəmirçilər, Ürkməzli, Cəfərli, Xanlıqlar, Ağköynək, Hüseynbəyli, Canalı kəndlərində şəhid ailələri ilə görüşən, vətənpərvər igid övladlar böyütdükləri üçün şəhidlərimizin valideynlərinə minnətdar olduqlarını bildirən hüquq-mühafizə orqanlarının əməkdaşları gətirdikləri bayram sovqatını onlara təqdim ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. İstər rayon rəhbərliyi, istərsə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları tərəfindən dövlətin qayğısını hər zaman hiss etdiklərini, bu cür ziyarətlərin də məhz bu amala xidmət etdiyini vurğulayıblar.

Ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü”  medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun ailəsi
 
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun ailəsi 
 
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Həsənov Babək Saleh oğlunun ailəsi
 
Ölümündən sonra "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Qurbanov Davud Tariyel oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Mustafayev Merik Musa oğlunun ailəsi
 
Ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Abdullayev Taleh Temraz oğlunun ailəsi 
 
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun ailəsi
 
Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlunun ailəsi
 

Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun ailəsi


Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun ailəsi
 
Ölümündən sonra "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun ailəsi
 
Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid (MAHHXHQ) çavuş Kərimov Kamil Ələddin oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun ailəsi
GOYEZEN.AZ



Facebook-da paylaş